cümə axşamı 19 sentyabr 2024
Ölkəmiz Birləşmiş Krallıqda təmsil olunacaq
Ölkəmiz Birləşmiş Krallıqda təmsil olunacaq

Azərbaycan Ümumdünya Skaut Hərəkatı Təşkilatının (World Organization of the Scout Movement) Avropa Regionunda olan milli skaut təşkilatlarının baş katiblərinin görüşündə təmsil olunacaq. Ölkəmizi Birləşmiş Krallıqda 9-11 fevral tarixlərində baş tutacaq beynəlxalq tədnirdə Azərbaycan Skautlar Assosiasiyasının Baş katibi Ülvi Məmmədov təmsil edəcək.

Şərqi Londonda yerləşən və Skautinq hərəkatının simvolik və mühim məkanı olan “Gilwell Park” adlı fəaliyyət mərkəzində reallaşacaq Baş Katiblər Şəbəkəsi görüşünün məqsədi təcrübələri bölüşmək, ümumi problemlərə yeni və innovativ həllər təqdim etmək və müvafiq mövzuları müzakirə etmək üçün hər bir üzv təşkilatdan baş katibləri bir araya gətirməkdir. Həmçinin milli səviyyədə Skautinqin idarə edilməsində əsas tendensiyalar üzrə yeni tərəfdaşlıqlar və müzakirələr qurmağa imkan verirən yüksək səviyyəli tədbir “Earth Tribe” Avropa layihəsinin bir hissəsi olaraq, 2023-cü ildən ənənəvi və davamlı tədbirlərin təşkili, milli idarəetmədə davamlılıq və yaşıl siyasətlər üçün maliyyə imkanları kimi bəzi müvafiq mövzuları araşdırmaq niyyəti ilə “Davamlılıq” mövzusu altında təşkil edilib.

Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası 2000-ci ildən 2023-cü ilin oktyabr ayınadək 60 milyon gənci birləşdirən nəhəng təşkilat olan Ümumdünya Skaut Hərəkatı Təşkilatının Avrasiya Regionunda fəaliyyət göstərib. 2023-cü ilin oktyabr ayından isə Avropa Regionuna üzv seçilib.

Ülvi Məmmədov 2021-ci ilin may ayından etibarən sözügedən təşkilatda baş katib vəzifəsində fəaliyyət göstərir. Ölkəmizi və mənsub olduğu təşkilatı bir sıra Avropa və ərəb ölkələrində təmsil edib. Bir neçə böyük yerli və beynəlxalq layihələrin icraçısıdır.  

Başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərmək olan Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir. ASA öz fəaliyyətini Ümumdünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər.

Həmçini Bunları da oxuyun