cümə axşamı 19 sentyabr 2024
Twitter‘in qurucusu və Elon Musk üz-üzə gəlib!
Twitter‘in qurucusu və Elon Musk üz-üzə gəlib!

Twitter-in həmtəsisçilərindən biri Jack Dorsey Elon Muskın şirkəti alması ilə bağlı ilk açıqlamalarını verib. Elon Muskın şirkətin yarısını işdən çıxarması barədə danışan keçmiş baş direktor Jack Dorsey Twitter-in çox sürətlə böyüməsinə icazə verdiyi üçün üzr istəyib.

44 milyard dollarlıq müqavilədən sonra Twitter-i satın alan Elon Musk ilk iş olaraq idarə heyətinin ən əhəmiyyətli adlarını işdən çıxardı. Həmçinin Twitter-in işçilərinin yarısını işdən çıxaracağı iddia edilirdi. May ayında Twitterdəki postunu tərk edən keçmiş CEO və təsisçi Jack Dorsey bu vəziyyət haqqında danışdı.

“Twitterdə keçmiş və indiki insanlar güclü və möhkəmdirlər. Nə qədər çətin an olsa da, həmişə bir yol tapacaqlar. Başa düşürəm ki, onların çoxu mənə qəzəblidir. Hər kəsin bu vəziyyətdə olması mənim məsuliyyətimdir. Mən şirkətin ölçüsünü çox tez böyütdüm. Buna görə üzr istəyirəm”, - deyə o bildirib.

Elon Muskın şirkət işçilərini işdən çıxarmasının səbəbi fərqli olsa da, Twitter-in çox sürətlə böyüdüyünü etiraf etmək lazımdır. 2013-cü ildə ictimaiyyətə təqdim edilən platformanın təxminən 2000 işçisi var idi. 2022-ci ilin əvvəlində bu rəqəm 7500-dən çox idi. Başqa sözlə, 10 ildən az müddətdə işçilərin sayı 3 dəfə artıb.

Musk isə ixtisarlarla bağlı başqa çarəsinin olmadığını bildirib. “Şirkət gündə 4 milyon dollardan çox itirdiyi halda, təəssüf ki, başqa variant yoxdur. Gedən hər kəsə 3 aylıq işdən çıxma müavinəti təklif olunub ki, bu da qanunla nəzərdə tutulandan 50 faiz çoxdur”.

 Jack Dorsey Twitter-ə 2006-cı ildə Noah Glass, Biz Stone ve Evan Williams ilə başlayıb. O, ötən il baş direktor vəzifəsini tərk edib. Şirkətə menecer təyin edilən Parag Agrawal Maskın şirkəti almasından sonra vəzifəsindən azad edilib.

Həmçini Bunları da oxuyun