cümə axşamı 19 sentyabr 2024
Nəhəng kriptovalyuta platforması yanlış hesaba 400 milyon dollar göndərib
Nəhəng kriptovalyuta platforması yanlış hesaba 400 milyon dollar göndərib

Crypto.com-un baş direktoru Kris Marszalek tərəfindən təsdiqlənən hadisə ötən həftələrdə baş verib. Şirkətə aid soyuq (internetə bağlı olmayan) pul kisəsinə göndəriləcək 320 min Ethereum fərqli platformaya köçürülüb. 416 milyon dollar Gate.io-nun korporativ hesabı tərəfindən idarə olunan ünvana yönəldilib.

Gate.io-dan 320 min Ethereum geri almağı bacaran Crypto.com bu hadisəni əslində necə olduğunu izah etməsə də, lakin FTX bu yaxınlarda iflasını elan etdikdən sonra şirkət soyuq pul kisələrini daha şəffaf etməli oldu.

Crypto.com-un əməliyyatlarını araşdıran Conor Grogan adlı istifadəçi, birjanın 21 oktyabrda Gate.io-ya 320 min Ethereum köçürdüyünə diqqət çəkib. Bu məbləğin şirkətə məxsus Ethereum-un 80 faizini təşkil etdiyini nəzərə alsaq, investorlar arasında maraq oyatması təbii görünür. Mövzu ilə bağlı açıqlamalar verən CEO Marszalek, Crypto.com-un təxminən bir həftə sonra Ethereum-u geri aldığını və 285 min Ethereum-u bir soyuq pul kisəsinə, 35 min Ethereum-u başqa bir soyuq pul kisəsinə köçürdüyünü bildirib.

Hadisədən sonra Gate.io köçürməni təsdiqləyib və əməliyyat xətası olduğunu bildirib. O, şirkətlə əlaqə saxladıqdan sonra vəsaitin tez bir zamanda geri qaytarıldığını bildirib

Həmçini Bunları da oxuyun