cümə axşamı 19 sentyabr 2024
4000 simvollu tweet-lərin paylaşılması mümkün olacaq
4000 simvollu tweet-lərin paylaşılması mümkün olacaq

2017-ci ilə kimi Twitter-də bir tweet-ə 140-dan çox simvol daxil etmək mümkün deyil idi. Lakin 2017-ci ildə sosial şəbəkə bu limiti 280 simvola yüksəltdi. Keçən ilin oktyabr ayında Elon Musk bu sosial şəbəkəni aldıqdan sonra Twitter Blue abunəliyi yenidən istifadəyə verildi və onların abunəçiləri üçün yeni imkanlar təqdim edilməyə başlandı. İndi isə məlum olub ki, bu cür imkanlardan biri də bir tweet çərçivəsində 4000 simvoldan istifadə etməkdir. Beləliklə Twitter ABŞ-da Twitter Blue istifadəçiləri üçün 4000 simvola sahib tweet-lərin paylaşılması imkanını aktivləşdirib.

Məlumatda qeyd edilib ki, bu cür tweet-lər tam şəkildə görünmür. 4000 simvola sahib tweet-i tam şəkildə görmək üçün “show more” düyməsinə klikləmək lazımdır. Qeyd etmək lazımdır ki, Twitter Blue abunəliyinə sahib olmayan istifadəçilər bu cür tweet-ləri tam şəkildə repost edə bilməyəcəklər. Bundan əlavə olaraq onlar bu cür tweet-lərə 4000 simvoldan ibarət cavablar da yaza bilməyəcəklər. Yaxın gələcəkdə Twitter daxilindəki mesajların mətnlərinin redaktə edilməsi funksiyasının istifadəyə verilməsi planlaşdırılır.

Həmçini Bunları da oxuyun