cümə axşamı 19 sentyabr 2024
Twitter-də yeni dövr: Təhlükə qapıda...
Twitter-də yeni dövr: Təhlükə qapıda...

Elon Muskın Twitter-i almasından sonra məşhur sosial media platforması gündəmdən düşmür. Twitter-i ələ keçirdikdən sonra platformada pul qazanmağın yollarını axtarmağa başlayan Musk, son addımı ilə təhlükəsizlik baxımından müzakirə yaratmağa cəhd etdi.

Twitter, martın 20-dən etibarən SMS vasitəsilə iki faktorlu autentifikasiyanın (2FA) yalnız mavi abunəçilər üçün əlçatan olacağını açıqladı. Bu tarixdən etibarən digər istifadəçilər mühüm təhlükəsizlik tədbirindən məhrum olacaqlar.

İki faktorlu autentifikasiyadan istifadə edən Twitter abunəçiləri telefonlarına mesaj aldıqdan sonra hesablarına daxil ola bilərlər. Beləliklə, insanların hesabları parollardan başqa, çox daha təhlükəsiz üsulla qorunur. Twitter isə indi bu təhlükəsizlik metodunu yalnız Twitter Blue abunəçiləri üçün eksklüziv edəcək.

Twitter, etdiyi şərhdə, telefon nömrəsinə əsaslanan 2FA tətbiqinin kibercinayətkarlar tərəfindən sui-istifadə edildiyini bu qərarın səbəbi olaraq göstərdi. Sosial media platforması pis niyyətli insanları qabaqlamağa çalışarkən bir çox hesabı təhlükəyə atdığını dərk etmir.

Həmçini Bunları da oxuyun