cümə axşamı 19 sentyabr 2024
Səudiyyə Ərəbistanın 500 milyard dollarlıq nəhəng şəhərinin tikintisinə başlanlıb
Səudiyyə Ərəbistanın 500 milyard dollarlıq nəhəng şəhərinin tikintisinə başlanlıb

Səudiyyə Ərəbistanının həyata keçirməyi planlaşdırdığı çılğın 500 milyard dollarlıq layihə olan NEOM-un bir hissəsi olan The Line adlı xətt formalı şəhərin tikintisinə başladığı öyrənilib.

Layihənin 170 kilometr uzunluğunda olacağı və 500 milyard dollara başa gələcəyi bildirilib. Nəhəng şəhərin 9 milyon insana ev sahibliyi edəcəyinin gözlənildiyi də əlavə edilib. İndi Səudiyyə şahzadəsinin bu ifrat xəyalının tikintisinə Səudiyyə Ərəbistanı üzərində pilotsuz təyyarələrlə əldə edilən görüntülərlə başladığı bildirilib.

Görüntülər Səudiyyə Ərəbistanının dron fotoqrafiya şirkəti Ot Sky tərəfindən çəkilib və memarlıq jurnalı Dezeen tərəfindən yayımlanıb. "Fiziki vəziyyətindən asılı olmayaraq, NEOM insan qabiliyyətini, texnologiyasını və dünyada mövcud həyat tərzimizi dəyişdirəcək", - deyə Kaddumi Dezeen bildirib.

Yayılan videoda biz səhrada yük maşınları və digər ağır texnikanın işlədiyini görürük və çoxlu ekskavatorların yer üzündə böyük xətləri təmizlədiyinin şahidi oluruq.

Həmçini Bunları da oxuyun