cümə axşamı 19 sentyabr 2024
Süni intellekt kino dünyasını dəyişdirməyə gəlir
Süni intellekt kino dünyasını dəyişdirməyə gəlir

Süni intellekt hər keçən gün müxtəlif sahələrdə özünə yer tapmağa davam edir. Son zamanlarda kino sənayesində olan süni intellekt, yeni təqdim edilən video montaj proqramı Wonder Dynamics ilə bir daha özünü sübut etdi.

Real vaxt şəkillərində insanları asanlıqla cizgi personajlarına çevirmək imkanı təklif edən Wonder Dynamics CGI dünyasını yenidən yarada bilər.

 

Bu gün demək olar ki, tamamilə yaşıl ekran qarşısında çəkilən filmlər uzun post-produksiyaeffekt xərcləri ilə üzləşirlər. Bu nöqtədə xilaskar olaraq ortaya çıxan Wonder Dynamics, xüsusi olaraq hazırlanmış vizual süni intellektin dəstəyi ilə real insanları animasiya xarakterinə çevirə bilir.

Tanınmış rejissor Steven Spielberg Epic Games də daxil olmaqla güclü investor siyahısı ilə Wonder Dynamics sənayeni başdan sona dəyişmək qabiliyyətinə malikdir.

Çəkdiyiniz səhnəyə cizgi personajı əlavə etmək üçün hazırladığınız üçölçülü modeli videonuzdakı şəxsin üzərinə çəkmək kifayətdir. Yüklənən videolardakı insanların skelet konturlarını müvəffəqiyyətlə çıxaran süni intellekt, hazırladığınız üç ölçülü insanı seçdiyiniz personajla əvəz edir. Bundan əlavə, bütün lazımi işıqlandırma avtomatik olaraq həyata keçirilir.

Layihənin yaradıcılarından biri olan və Ready Player One filmindəki baş rolu ilə tanıdığımız Tye Sheridan bildirir ki, layihə əvvəlcə rəqəmsal rəssamların işini asanlaşdıracaq alət yaratmaq üçün hazırlanıb.

Həmçini Bunları da oxuyun