cümə axşamı 19 sentyabr 2024
Plastik zibilləri "təbii şəkildə" məhv edən canlı kəşf edilib
Plastik zibilləri "təbii şəkildə" məhv edən canlı kəşf edilib

Dövrümüzün ən böyük təhlükələrindən biri olan plastik tullantılara qarşı davamlı olaraq yeni həll yolları hazırlanarkən, bu gün bunlara yeni həll yolu qoşulub. Alimlər təbiətə atılan plastikin təbii yolla yox olmasına səbəb ola biləcək böyük bir həll yolu kəşf ediblər.

“Nature” jurnalında dərc edilən araşdırmaya görə, təbiətdəki plastik “mum qurdu”nun köməyi ilə məhv edilə bilər. Alimlərin fikrincə, bu qurd növündə olan bəzi fermentlər bir çox plastik məmulatlarda geniş istifadə olunan “polietilenin” otaq temperaturunda cəmi bir neçə saat ərzində məhv olmasını təmin edir.

Çanta və qablaşdırmada istifadə edilən polietileni məhv edəcək bu fermentlər əslində təsadüfən kəşf edilib. Həvəskar arıçılıqla da məşğul olan molekulyar bioloq Federika Bertoççini bir gün anbara qoyduğu arı pətəyinin qurdlarla dolu olduğunu görüb. Daha sonra Bertocchini bu qurdları toplayıb və hamısını plastik torbaya qoyub. Ancaq bir müddət sonra geriyə baxan Bertocchini çantanın dəliklərlə dolu olduğunu görüb. Bu hadisədən sonra Bertocchini və komandası qurdlarə öyrənməyə başlayıb.

Əslində mum qurdları plastiki məhv edən ilk canlılar kimi tarixə düşməyib. 2016-cı ildə alimlər Yaponiyada poliesteri məhv edə bilən bakteriya aşkar ediblər. 2021-ci ildə okeanlarda və torpaqda yaşayan və plastiki həzm etmək üçün təkamül keçirən bəzi mikroblar və bakteriyalar aşkar edilib.

Bəlkə də mum qurdların bu yöndə istifadəsi qlobal problem olan plastik çirklənmənin, habelə Azərbaycanda da sıxca yaşanan təbiətin çirklənmə problemini aradan qaldıra bilər. 

Həmçini Bunları da oxuyun