cümə axşamı 19 sentyabr 2024
İnsanların fikirlərini oxuya bilən süni intellekt hazırlanıb
İnsanların fikirlərini oxuya bilən süni intellekt hazırlanıb

Elm adamları beyin skanından istifadə edərək insanların düşündükləri sözləri və ifadələri deşifrə edə bilən zehni oxuyan süni intellekt hazırlayıblar.

Elon Mask kimi texnoloji nəhənglərin “süni intellektin bəşəriyyətin sonu olacaq” deməsindən və ya alimlərin əksəriyyətinin süni intellektin nüvədən daha çox apokaliptik ssenarilərə səbəb ola biləcəyini söyləməsindən asılı olmayaraq, elm adamları süni intellektlə məşğul olmağa davam edirlər.

ABŞ-ın Ostin şəhərindəki Texas Universitetinin alimləri beyin skanını deşifrə edərək insanların zehnini oxuya bilən süni intellekt hazırlayıblar. 

Texas Universitetinin Kompüter Elmləri və Neyrologiya Departamentindən Alexander Huth və onun həmkarları insanların beyin fəaliyyətinin arxasındakı məna və girişə uyğun gələn söz sətirlərini öyrənə bilən süni intellekt modeli hazırlayıblar. Bir sözlə, bu süni intellekt ağılları oxuya bilir.

Bu süni intellektlə sınaqdan keçirilmiş bir şəxsə “Həmin gecə yataq otağımızın yerləşdiyi mərtəbəyə qalxdım və daha nə edəcəyimi bilmədən işıqları söndürüb yerə uzandım” cümləsini ehtiva edən bir hekayə oynanılıb.

Həmin insanın beyin skanını təhlil edərək, süni intellekt belə bir cümlə hazırlayıb: "Yataq otağıma qayıtdım, çarpayımın harada olduğunu bilmirdim, sadəcə yatacağımı düşündüm, amma bunun əvəzinə yerə uzandım." Bu cümlə sınanan insanın beynindən keçən birbaşa cümlə deyil, çox yaxın bir nəticədir və süni intellektin zamanla bu mövzuda çox yaxşılaşacağı gözlənilir.

Belə görünür ki, elm adamları əsasən beyin dekoderi hazırlayırlar. Lakin alimlər deyirlər ki, hələlik narahat olmağa dəyməz: "Əgər siz MRT aparatında yoxlanarkən podkastlara qulaq asmasaydınız, yəqin ki, biz sizin fikirlərinizi deşifrə edə bilməyəcəkdik. Ən azından hələ ki, yox". Diqqətinizə çatdıraq ki, araşdırmanın təfərrüatlarına buradan nəzər sala bilərsiniz. 

 

Həmçini Bunları da oxuyun