çərşənbə 18 sentyabr 2024
Azərbaycanı da təhdid edən 23 tonluq Çin raketi Yerə düşüb!
Azərbaycanı da təhdid edən 23 tonluq Çin raketi Yerə düşüb!

Çin İnsanlı Kosmik Agentliyi (CSMA) son illərdə kosmosda böyük bir sıçrayış edib. CSMA bu yaxınlarda Tiangong kosmik stansiyasının üçüncü və son modulunu işə salıb. Ancaq son bir neçə gündə işlərin pis getməsi bütün dünyanı təşvişə salıb.

Tiangong kosmik stansiyasının son modulu olan Çinin Mengtian elmi modulunu daşıyan Long March 5B raketi 31 oktyabr 2022-ci il tarixində Çinin cənubundakı Hainan əyalətindəki Wenchang Kosmik Başlatma Mərkəzindən havaya qalxıb.

Lakin HEO Robotics adlı Avstraliya şirkəti gözlənilməz bir şeyin baş verdiyini anlayıb. Raketin idarə olunan orbitdən çıxışı gözlənildiyi kimi getməyib. Nəzarətsiz buraxılan 23 tonluq raketin gövdəsi Yerə doğru düşüb.

Long March 5B adlı raketin Sakit Okeanın uzaq bir hissəsinə enməsi planlaşdırılırdı. Lakin sərbəst yerə düşən raketin şənbə günü səhər saatlarında yerə çırpılacağı deyildi. O həddə çatıb ki, analitiklərin hesablamalarına görə, raketin düşə biləcəyi ərazi insan əhalisinin təxminən 88 faizini əhatə edib. Azərbaycanın hesablanmış riskli bölgələr arasında olduğu bildirilsə də, qorxu yox idi.

Long March 5B gözləniləndən çox yayınmadı. Raket Sakit Okeanın orta cənub bölgəsində atmosferə daxil olub və yerə düşüb. Mövzu ilə bağlı açıqlama ABŞ Kosmik Qüvvələri Komandanlığından alınıb. Digər tərəfdən, hələlik Çindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

Həmçini Bunları da oxuyun