cümə axşamı 19 sentyabr 2024
Ən sürətli orta seqment Android telefonları açıqlanıb
Ən sürətli orta seqment Android telefonları açıqlanıb

AnTuTu-nun fevral siyahısına nəzər salsaq, ABŞ-ın yarımkeçirici istehsalçısı Qualcomm-un irəlidə olduğunu deyə bilərik. Çünki şirkətin çipsetləri siyahıdakı 10 modeldən 7-nə güc verir. Müvafiq olaraq, keçən ayın çempionu Qualcomm Snapdragon 778G+ prosessoru ilə gələn iQOO Z6 olub. Ümumilikdə 597 min 867 səs toplayan cihazı 582 min 483 səslə Honur 80 izləyib.

Siyahının üçüncü pilləsində 574 min 015 səslə OPPO Reno 9, dördüncü pilləsində isə 573 min 741 səslə OPPO Reno8 Pro 5G qərarlaşıb. Beşinci yerdə 550 min 786 səslə "Honor 70"dir.

Fevral ayının ən sürətli orta seqment Android telefonları bunlardır;

  1. iQOO Z6 – 582 min 483 səs
  2. Honor 80 – 582 min 483 səs
  3. OPPO Reno9 – 574 min 015 səs
  4. OPPO Reno8 Pro 5G – 573 min 741 səs
  5. Honor 70 – 550 min 786 səs
  6. Huawei nova 10 – 517 min 186 səs
  7. realme 10 Pro+ – 510 min 111 səs
  8. Huawei nova 9 – 510 min 014 səs
  9. Redmi Note 12 Pro – 466 min 569 səs
  10. Redmi Note 12 Pro+ – 465 min 118 səs

Həmçini Bunları da oxuyun