cümə axşamı 19 sentyabr 2024
Elon Musk bir gündə 13 milyard dollar itirib
Elon Musk bir gündə 13 milyard dollar itirib

“Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi Elon Muskın sərvəti bir gündə 12,6 milyard dollar azalıb. 

Bildirilib ki, bu, 2023-cü ilin əvvəlindən bəri iş adamına dəyən ən böyük maddi ziyandır. Milyarderin sərvətinin belə nəzərəçarpacaq dərəcədə azalmasına səbəb kimi bu ilin birinci rübündə “Tesla”nın səhmlərinin 9,75% aşağı düşməsi və “Starship” kosmik gəmisinin prototipinin partlaması göstərilib.

Bundan başqa, E.Musk “Twitter” istifadəçilərinin böyük bir hissəsinin aylıq 8 dollar olan ödənişli “Twitter Blue” abunəliyini yeniləməkdən imtina etməsi səbəbindən pul itirib.

Qeyd edək ki, 51 yaşlı amerikalı sahibkarın sərvəti təxminən 164 milyard dollar qiymətləndirilir.

Həmçini Bunları da oxuyun