cümə axşamı 19 sentyabr 2024
Dünyanın ən güclü 5 kəşfiyyat xidməti: MOSSAD, NSA, CIA, MOIS və FSB...
Dünyanın ən güclü 5 kəşfiyyat xidməti: MOSSAD, NSA, CIA, MOIS və FSB...

Bir çox ölkələrin federal və milli kəşfiyyat agentlikləri mövcuddur. Bu Təşkilatlarda ölkələrin gizli dövlət sirrləri, xüsusi sənədlər, ən dəhşətli cinayətlərin görünməyən yanları saxlanılır.

İsrail, Almaniya, Pakistan, ABŞ, Rusiya, Türkiyə kimi bir çox ölkənin kəşfiyyat orqanlarını sizin üçün arşdırdıq.

MOSSAD

Mossad, Kəşfiyyat və Xüsusi Əməliyyatlar İnstitutu adlanan İsrail məxfi xidmətinin qısa adıdır. On iki casus hadisəsi ilə simvolik olaraq qurulan Mossad rəsmi olaraq 13 dekabr 1949-cu ildə quruldu.

Məlumdur ki, Mossad-ın dünyanın müxtəlif yerlərində minlərlə personalı var. İbranicə "İnstitut" mənasını verən Mossad, ümumiyyətlə, xarici kəşfiyyat məsələlərində işləyir. Mossad çoxlu sayda üstü açılmamış qətllərə görə məsuliyyət daşıyır. İsrail rəsmiləri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün beş iranlı alimə sui-qəsd etdiklərini təsdiqləyiblər.

 2010-cu ildə HƏMAS-ın yüksək rütbəli komandiri Dubayda otel otağında öldürülüb. BƏƏ rəsmiləri sui-qəsddə 26 nəfərlik Mossad komandasının məsuliyyət daşıdığını bildirib. Mossad həmçinin müxtəlif kiber imkanlara malikdir. Agentlik İranın nüvə obyektlərindəki kompüterlərə Stuxnet virusunu sızdırdıqlarını və nasazlığa səbəb olduqlarını açıqlayıb. Washington Post qəzetinin məlumatına görə, 2010-cu ildə kəşf edilən bu virus ABŞ-İsrail birgə komandası tərəfindən istehsal edilib.

Bir çox kəşfiyyat qurumları kimi Mossad da öz sahələrində təlim keçmiş şəxslərlə İsrailin milli missiyasına uyğun fəaliyyət göstərməyi hədəfləyib. Mossad-ın hazırkı rəhbəri Yossi Kohendir.

NSA (Milli Təhlükəsizlik Agentliyi)

Milli Təhlükəsizlik Agentliyinin ABŞ-ın ən böyük kəşfiyyat agentliyi olduğu təxmin edilir. Bu kriptologiya üzrə ixtisaslaşmış bir təşkilatdır. Rəsmi olaraq 1952-ci ildə yaradılmışdır. Xarici ölkələrin ünsiyyətlərini (telefon, elektron poçt və s.) dinləməklə məlumat toplayırlar.

Amerika hökumətinin kommunikasiyalarını xarici agentliklərdən qorumaq da onların işidir. İşçilərin sayı dəqiq açıqlanmasa da, çox gizli saxlanılsa da, 30 min civarında ola biləcəyi təxmin edilir. Bunların çoxunun riyaziyyatçılardan ibarət olduğu deyilir və NSA-nın dünyada ən çox riyaziyyatçıya sahib olan qurum olduğu bildirilir. Onlar həmçinin məlumat toplamaq üçün internetə, telefon zənglərinə və e-poçtlara nəzarət edirlər. Bu təşkilat dünyada ən böyük telefon danışıqları arxivinə malikdir. NSA-nın hazırkı rəhbəri 2018-ci ilin mayında ABŞ prezidenti Tramp tərəfindən təyin edilmiş Pol Nakasonedir.

 CIA (Mərkəzi Kəşfiyyat İdarəsi)

Dünyanın ən böyük kəşfiyyat xidməti olan Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) 1947-ci ildə ABŞ prezidenti Harri Truman tərəfindən imzalanan Milli Təhlükəsizlik Aktı ilə qüvvəyə minib.

 CIA ABŞ bölmələri üçün tələb olunan qeyri-ABŞ ölkələri haqqında kəşfiyyat məlumatlarını toplayan agentlikdir. Baş ofisi Virciniya ştatının Langley şəhərində yerləşir. Məlum MKİ əməliyyatlarına Qvatemala və İran hökumətlərinin devrilməsi, 1950 və 1960-cı illərdə xarici liderlərə qarşı sui-qəsd planları, MKULTRA-nın zehni nəzarət təcrübələri daxildir. Mərkəzi Kəşfiyyat İdarəsi qanuna uyğun Prezidentin əmri ilə gizli fəaliyyət göstərmək və onlara nəzarət etmək səlahiyyətinə malik yeganə qurumdur.

 MOIS (SEPAH)

İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilk dəfə 1957-ci ildə ABŞ və İsrailin köməyi ilə SAVAK adı ilə yaradılıb. 1979-cu il İslam İnqilabından sonra Ali Rəhbər Xomeyni SAVAK personalından əks-kəşfiyyat məqsədləri üçün istifadə etməyə davam etdi. Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi İrandan kənarda gizli fəaliyyətlər həyata keçirmək üçün məsul olan iki qurumdan biridir. Digəri isə İrandan kənarda xüsusi kəşfiyyat əməliyyatları aparan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir qolu olan Qüds Qüvvələridir. İnqilab Keşikçiləri Korpusu həmçinin MOIS ilə hücum xarakterli kiber-kəşfiyyat tədbirləri üzərində işləyib.

2012-ci ildə Obama administrasiyası MOIS-i "terrorçu qruplara verdiyi dəstəyə və insan haqlarının pozulmasının davam etdirilməsində mərkəzi roluna" görə sanksiya edib.

FSB (Federal Təhlükəsizlik Xidməti)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiya Federasiyasının milli daxili təhlükəsizlik orqanıdır və əvvəlki Çeka, NKVD və DTK agentliklərini əvəz edir.

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) əks-kəşfiyyat, daxili təhlükəsizlik və sərhəd təhlükəsizliyi, terrorla mübarizə və gizli müşahidə fəaliyyətini həyata keçirir. Bundan əlavə, FSB Putinin qeyri-hökumət təşkilatları, insan haqları qrupları və müstəqil beyin mərkəzləri və nəşrlərinə qarşı təzyiq və nəzarət siyasətini həyata keçirir.

ABŞ Dövlət Departamentinin məlumatına görə Rusiya qanunları internet xidmət provayderlərindən FSB-yə e-poçt, mətn mesajları, kontaktlar, istifadəçi məlumatları, audio və video faylları daxil olmaqla istifadəçi hesablarına giriş icazəsi verməyi tələb edir. Onun əsas inzibati binası Moskvanın mərkəzində Qırmızı Meydanda DTK-nın keçmiş əsas inzibati binası ilə eyni yerdədir.

Həmçini Bunları da oxuyun