cümə axşamı 19 sentyabr 2024
Samsung yenə Apple ilə lağ etdi!
Samsung yenə Apple ilə lağ etdi!

Smartfon dedikdə bu gün ağla gələn ilk markalar AppleSamsung telefonlarıdır. Bu iki nəhəng şirkət arasında rəqabət günü-gündən artır. Bunu son vaxtlar yayımladıqları reklamlarda bir-birlərinə etdikləri istinadlardan da görmək mümkündür. İndi isə Samsung yeni reklamı ilə gündəm olub, bu dəfə Apple istifadəçilərinə istinad edib.

Ötən aylarda Samsung, Apple ilə lağ etdiyi bir çox video paylaşdı. Onlardan biri iPhone 14-ün təqdimatından əvvəl baş verib. İndi Samsung növbəti videonu yayımlayıb.

Samsung dünən paylaşdığı "On the Fence" adlı qısa reklam filmində bir daha iPhone istifadəçilərini qatlana bilən telefonlar üzərindən hədəfə alıb. Reklamda görürük ki, iki tərəf var, Samsung və iPhone. Birinci hissədə Samsung tərəfinə keçmək istəyən iPhone istifadəçisi var. Bu şəxs Samsung-a keçmək istəməsinin səbəbinin Apple hissəsindən olmayan qatlanan telefonlar olduğunu deyir. Digər Apple istifadəçiləri deyirlər ki, ora hasarda olan adama çatmamalı və qatlana bilən telefonların Apple-a gəlməsini gözləməlilər.

Hasarın üstündəki adamın cavabı belə olur: “Artıq o tərəfdə var. Niyə gözləməliyəm?". Buna cavab olaraq Apple istifadəçiləri “Bizim etdiyimiz belədir. Gözləmək", -deyə cavab verir. Yəni Samsung bu reklamı ilə qatlanan telefonlar baxımından Apple-ı qabaqladığını bildirir. Bu, həm də Apple istifadəçilərinin bu cür yenilikləri davamlı gözləməsinə aid edilir.

Diqqqətinizə çatdıraq ki, Samsung bu yaxınlarda qatlana bilən Z Fold 4 və Z Flip4 telefonlarını təqdim edib. İddialarda Apple-ın qatlana bilən iPhone modelini də buraxacağı deyilirdi. Ancaq iddialara görə, sözügedən model 2024-cü ildə çıxa bilər.

Həmçini Bunları da oxuyun