cümə axşamı 19 sentyabr 2024
"YouTube" istifadəçilərin gözlədiyi funksiyasını dayandırıb
"YouTube" istifadəçilərin gözlədiyi funksiyasını dayandırıb

Dünyanın ən məşhur onlayn video və canlı yayım platforması olan "YouTube" bu yaxınlarda istifadəçilərin reaksiyasına səbəb olan yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Test mərhələsinə daxil olan istifadəçilər yalnız "YouTube Premium" olduqda 4K ayırdetmə dəstəyindən istifadə edə bilərdilər. Yəni "YouTube" artıq reklamlarla doldurduğu platformanın pulsuz versiyasını ümumiyyətlə yüksək dəqiqlikdə istifadəyə yararsız hala gətirməyi qarşısına məqsəd qoyub desək yeridir.

Ancaq bununla bağlı yeni bir inkişaf var. "YouTube"da texniki problemlərə baxan və yeniliklərlə bağlı rəsmi açıqlamalar verən "Twitter" hesabı "TeamYouTube" mövzu ilə bağlı yeni açıqlama verib. Açıqlamada, 4K ayırdetmə dəstəyini Premiuma xas edən xüsusiyyətin daimi olaraq ləğv edildiyi ifadə edilib.

"Bu yeni funksiyanın sınaqdan keçirilməsini tamamilə söndürdük. İzləyicilər indi Premium abunə olmadan 4K videoya baxa bilərlər..."

"YouTube" texniki qrupunun verdiyi açıqlamalar o deməkdir ki, 4K rezolyusiya dəstəyi bütün istifadəçilər üçün yenidən açıqdır. Lakin gələcəkdə bu vəziyyətin yenidən dəyişməyəcəyi barədə məlumat yoxdur. İşlər düzüldükdən və insanlar bunu unutduqdan sonra platforma yeni qərar qəbul edə bilər...

Həmçini Bunları da oxuyun