cümə axşamı 19 sentyabr 2024
Yuxunun faydaları, gün ərzində nə qədər yatmaq lazımdır?
Yuxunun faydaları, gün ərzində nə qədər yatmaq lazımdır?

“Ola bilər biz elə yaradılmışıq ki, ölüm bizə həyatdakı çətinlikləri kiçik dozalarla dəf etmək üçün gündəlik yazılır”, -deyə  Virginia Woolf yuxunu belə təsvir edirdi. Yuxu insan həyatında gündəlik baş verən təbbi fizioloji prosesdir. Təbiətdəki bütün canlı varlığların hər biri öz güclərini bərpa etmək üçün yatmağa ehtiyac duyarlar. 

Bəs yuxunun gündəlik həyatımıza hanası faydaları var?

Yuxu insan orqanizmində enerjini artırır, stressi azaldır və sağlamlığımızı təmin edir. Elm adamlarının fikrincə hər bir insan gündəlik 7-9 saat yatmalıdır. Bu zaman insan orqanizmi soyuqdəymə, qrip  və digər xəstəliklərdən daha yaxşı qoruna bilər. Az yatmaq insan orqanizminə ciddi təhlükədir. İmmunitetin zəifləməsi, sinir sistemi, xərçəng və ürək-damar xəstəlikləri kimi ciddi fəsadlara səbəb ola bilər. Yuxu zamanı dincəlməklə yanaşı həm də orqanizmimizdə çox vacib proseslər gedir.

Dünyada yaranan bir çox xəstəlik yuxusuzluqla bağlıdır. Buna Xərçəng, Diabet, Piylənmə, Depressiya, Alzheimer xəstəliyi və digər xəstəlikləri misal gətirmək olar. Milyonlarca insan üzərində aparılan tədqiqatlardan bu nəticəyə gəlmək olar ki, sağlam qalmaq istəyirsinizsə yaxşı gecə yuxusu yatmalısınız. 

Sağlam qalmaq üçün insan nə qədər yatmalıdır?

Yuxusuzluq beyin və vücudun fəaliyyətinə mənfi təsir göstərir. 7 saatdan az yuxu beyin və bədəndə yorğunluğa səbəb olur: immun sistemi və idrakı fəaliyyət təsirə məruz qalır. 20 saat fasiləsiz yuxusuzluq insan bədənində süni sərxoşluqa səbəb olur. Buna görə də insan gündəlik 7-9 saat aralığında yatmalıdır

Yuxusuzluq problemi nədir?

Yuxusuzluq yuxuya getməyinizin çətinləşməsi və ya çox erkən oyanaraq yenidən yuxuya gedə bilməməyinizdir. Ümumiyyətlə, yuxusuzluq stressin və ya baş vermiş travmatik bir hadisənin nəticəsidir. Belə hallar baş verdikdə insan özünü əzgin və yorğrun hiss edir. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən uzunmüddətli (xroniki) yuxusuzluq halları da görülə bilər. Bu insan həyatında ciddi problem olmaqla yanaşı həm də tibbi şərtlər və dərmanlarla da əlaqəli ola bilər. Gündəlik vərdişlərinizdəki sadə dəyişikliklər çox zaman yuxusuzluq problemi üçün ideal yardımçı ola bilər. Amma bu problem həll olmursa və getdikcə həyatınızın bir parçasına çevrilirsə həkimə müraciət etməyiniz məsləhətdir.

Yuxusuzluq simptomları aşağıdakılardır:
Erkən yuxudan oyanmaq;        
Gecələr yuxuya getməkdə çətinlik;  
Gündüz yorğunluq və yuxululuq;
Qıcıqlanma, depressiya və narahatlıq;
Davam edən yuxu narahatlılığı və s.

Bu və digər problemlərlə qarşılaşmamaq üçün yuxarda qeyd etdiyimiz məlumatlara diqqət yetriməlisiniz. 
                                                                                                                                    

Həmçini Bunları da oxuyun