cümə axşamı 19 sentyabr 2024
Meta 10 000 nəfəri işdən çıxarır
Meta 10 000 nəfəri işdən çıxarır

Meta “məhsuldarlıq ili” çərçivəsində daha 10 min insanı işdən çıxaracaq5 minə yaxın açıq vəzifəni bağlayacaq. İqtisadi çətinliklərlə üzləşən şirkət aprel ayında texnologiya departamentində, may ayında isə bütün digər departamentlərdə ixtisara və yenidən quruluşa gedəcək. Prosesin 2023-cü ilin sonuna qədər davam edə biləcəyini deyən Zukerberq, bunun ABŞ xaricindəki əməliyyatlarda dəyişə biləcəyini bildirib.

Facebook-da işdən çıxarılmaya səbəbi Zukerberq, keçən il yaşanan gəlir pozuntusundan əlavə olaraq, ABŞ-ın yüksək faiz dərəcələrini və qlobal geosiyasi qeyri-sabitliyi günahlandırıb. Bundan əlavə, CEO sosial media tətbiqləri və süni intellektin fasiləsiz davam edəcəyini açıqlayıb.

Meta-nın baş direktoru Mark Zukerberq açıqlamasında aşağıdakı ifadələrdən istifadə etdi:

“Bu çətin olacaq və qaçış yoxdur. Bu, uğurlarımızın bir hissəsi olan istedadlı və etimadlı həmkarlarımızla vidalaşmaq demək olacaq. Onlar bizim missiyamıza sadiqdirlər və mən şəxsən onların bütün səylərinə görə minnətdaram. Biz insanları əvvəlki kimi dəstəkləyəcəyik və hər kəsə layiq olduqları minnətdarlıqla yanaşacağıq”.

“İnanıram ki, biz sənayemizin indiyə qədər gördüyü ən inqilabi texnologiyalar üzərində işləyirik. Ən böyük sərmayəmiz süni intellekti inkişaf etdirmək və onu hər bir məhsulumuza daxil etməkdir. Bunu görünməmiş miqyasda etmək üçün infrastrukturumuz var və düşünürəm ki, bunun təmin etdiyi təcrübələr əla olacaq".

Zukerberqin açıqlamalarına görə, Meta, işçilərin ixtisarından əlavə aşağı prioritet layihələridə ləğv edəcək. Bundan əlavə, restrukturizasiya çərçivəsində menecerlərdən keçmiş işçilərinin gördüyü işləri yerinə yetirmələri istəniləcək.

Həmçini Bunları da oxuyun