cümə axşamı 19 sentyabr 2024
Netflix ikinci baharın yaşayır: Reklamlı abunəlik öz bəhrəsini verib
Netflix ikinci baharın yaşayır: Reklamlı abunəlik öz bəhrəsini verib

Netflix-də baş verən qiymət artımı ilə bir çox insan abunəliklərini dayandırmağa başlamışdı. Sonradan isə Netflix abunəçilərini geri qaytarmaq üçün noyabrın 1-dən daha sərfəli reklam abunəliyinə başlaydı. Son zamanlar abunəçilərini itirən Netflix pay dəyəri də eyni şəkildə azalmağa başlayıb. Bununla belə, reklamlı abunəlik xidmətini təklif edən şirkət səhm dəyərini yenidən artıra bilib.

Netflix səhmlərinin dəyəri, reklam abunəliklərinin tətbiqi sayəsində yeddi ayın ən yüksək səviyyəsinə çatıb. 2022-ci ilin əvvəlindən səhm dəyəri təxminən 50 faiz azalıb, şirkətin son altı ayda dəyəri isə yenidən 60 faiz artıb. Reklam ölçmə platformasının CEO’su Kevin Krim daha əvvəl bunun Netflix-in reklam planı ilə bağlı sənaye üçün əsas məqam olduğunu açıqlamışdı. 

"Bu, amerikalıların böyük əksəriyyətinin mütləq izləməli olduqları televizoru əldə etməyin yeni bir yolunun olacağını və abunəyə əsaslanan, reklamla dəstəklənən bir iş modeli olacağını aydın şəkildə anlayacaqları an olacaq", -deyə Kevin Krim əlavə etmişdi.

Netflix ilin birinci və üçüncü rübündə müvafiq olaraq 200.000 və 970.000 abunəçi itirib. Şirkət üçüncü rübdə 2,41 milyon xalis abunəçi qazanıb. Şirkət bu şəkildə davam edərsə, son rübdə 4,5 milyon daha çox abunəçi qazanacağı təxmin edilir. Bundan əlavə, Netflix 2023-cü ildə ilk dəfə canlı yayım proqramı təklif etməyə başlayacaq. Netflix-dən sonra Disney Plus-ın növbəti ay ərzində bir reklam planı təqdim edəcəyi gözlənilir.

Həmçini Bunları da oxuyun