cümə axşamı 19 sentyabr 2024
İtmiş Android cihazın internetə qoşulmadan tapmaq mümkün olacaq
İtmiş Android cihazın internetə qoşulmadan tapmaq mümkün olacaq

Google şirkəti Find My Device servisini təkmilləşdirmək niyyətindədir. Qeyd etmək lazımdır ki, bu servis Android smartfonların və onlarla bağlı olan digər cihazların yerlərini təyin etmək üçün nəzərdə tutulub. Bu aykı sistem yenilənməsi vasitəsilə sözügedən servis üzərindən hətta internetə qoşulu olmayan Android cihazları da tapmaq mümkün olacaq. “Find My Device servisi konfidensiallığın təmin olunması üçün nəzərdə tutulmuş yeni framework sayəsində Android cihazın son yerləşdiyi yer barəsində şifrələnmiş hesabatları dəstəkləyir” - deyə Google şirkəti qeyd edib. Bu yenilənmə isə o deməkdir ki, bundan sonra itmiş Android cihazı hətta internetə qoşulu olmadığı halda da tapmaq mümkün olacaq.

Servisin daha öncəki versiyasında cihazın mütləq şəkildə internetə qoşulu olması ciddi məhdudiyyət idi. İndi isə Android smartfonlar Bluetooth vasitəsilə bir-biriləri ilə əlaqə yaradaraq yaxınlıqda yerləşən cihazlar barəsində məlumatları ötürə bilərlər. Məlumatda qeyd edilib ki, bu halda ötürülən məlumatlar şifrələnmiş şəkildə olurlar və smartfonların istifadəçiləri yaxınlıqda olan cihazların harda yerləşdiklərini öyrənə bilməyəcəklər. Bu məlumat yalnız Google şirkətində olacaq. Qeyd etmək lazımdır ki, itmiş cihazların axtarılması məsələsində buna bənzər mexanizmdən həmçinin Apple və Samsung cihazlarında da istifadə edilir. Find My Device servisinin bu yeni imkanının istifadəçilər arasında nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib.

 

Həmçini Bunları da oxuyun