cümə axşamı 19 sentyabr 2024
"Red Bull"un uğurunun arxasındakı səbəblər nələrdir?
"Red Bull"un uğurunun arxasındakı səbəblər nələrdir?

Bildiyiniz kimi "Red Bull"un qurucusu Dietrich Mateschitz 22 oktyabr 2022-ci ildə vəfat etdi. Bu gün isə sizinlə dünyada enerji içkisi kateqoriyası olmadığı halda, qlobal satış partlayışları yaşayan və adrenalin dolu idman növləri ilə adından söz etdirən "Red Bull" markasının Dietrich Mateschitz tərəfindən necə uğur qazanmasından bəhs edəcəyik.

“Red Bull qanadlandırır”, şüarı ilə yaddaqalan enerji içkisi olan "Red Bull"un məhşurluğunu Mateschitzin işgüzarlığına və uzaqgörən şəxsiyyətinə ən azı qeyri-adi reklamlarına borcluyuq. Bəlkə də bilmirsiniz, amma bu gün çox məşhur olan bu enerji içkisi ilk dəfə 1987-ci ildə bazara çıxanda o qədər də populyar olmayıb. Bununla belə, marka Mateschitzin zamanla fərqli perspektivlər inkişaf etdirən amansız satış strategiyaları sayəsində sənayenin nəhənginə çevrilib. İndi gəlin "Red Bull"un uğurunun arxasında duran bu səbəblərə daha yaxından nəzər salaq.

Əslində Dietrichin uğurunun bir hissəsi kollec illərində satış işçisi olmasına əsaslanır. Avstriyalı Dietrich universitetdə oxuyarkən akademik baxımdan çox uğurlu olmayıb. Təhsil aldığı müddətdə o, dünyanı gəzir və bağlı olduğu satış şirkətinin məhsullarının marketinqini aparır. O, marketinq üsulları və məktəblərdə öyrədilməyən bazar incəlikləri ilə bağlı öz işilə ilə təcrübə qazanır və sonda öyrəndiklərini öz qurduğu işə tətbiq edir.

 
1982-ci ildə Taylandda işgüzar səfərdə olarkən onun üçün yeni olan, lakin regionda çox məşhur olan enerji içkilərinə rast gəlir O, enerji içkilərinə tələbatın və biznesin həcminin böyük olduğunu bilirdi və bu, gənc Dietrichin diqqətini çəkir. 
O, ilk dəfə vətəni Avstriyaya unikal Tayland içkisini gətirir. 3 il ərzində içkilər üzrə analizlər apararaq; Brend adı, loqo və satış strategiyaları üzərində işləyir. 1987-ci ildə "Red Bull" iki öküz loqosu ilə güc oyadan ilk enerji içkilərini təqdim edir.

İlk illərdə bu yeni enerji içkisi Avropaya çox yad idi. Buna görə də, ilk illərində bazarda möhkəmlənmək üçün vaxt lazım idi. Dietrich ətrafında olan bir çoxları üçün bu dəli fikir idi və onlar tez-tez ona pıçıldayırdılar ki, o, bu yolla zəngin ola bilməz. Lakin bunun əksi baş verdi və "Red Bull" bütün dünyaya yayıldı.



Bəs Dietrich "Red Bull"u ilk olaraq necə satdı?



 

O, insanlara bir şey almağa kömək edən inandırma meyarlarına əlavə olaraq, ən təhlükəsiz üsul olan "dost müraciətinə" diqqət yetirir. Əksəriyyəti universitet şəhərciklərində olan tələbələrə, gecə klublarına və şənliklərə pulsuz içkilər paylayıb. Ən böyük insan şəbəkəsi və ətraf mühitə malik insanların əllərində "Red Bull" ilə görünməsinə əmin olur. Bu gün influencerlara göndərilən PR paketlərinə bənzər bir fikir idi və bu olduqca yaxşı işlədi. Elə Amerikadakı komandalar da gecə klublarına və barlara pulsuz "Red Bull" göndərirlər.

Barmenlər "Red Bull" ilə içkilər hazırlamağa başlayır. Nəticə olaraq, bu içkilər gənclərlə yanaşı bir çox müştərilərin də ürəyincə olur. ABŞ-da satışlar sürətlə artır. Qısa müddətdə enerji içkisi "Red Bull" gənclər arasında və əksər yerlərdə geniş yayılır. Bu gün də alkoqollu yerlərdə spirtsiz istifadə edə biləcəyiniz yeni bir içki kateqoriyası ortaya çıxmış oldu.

Eyni zamanda Dietrich öz brendini ekstremal idman növləri ilə bir araya gətirdi və diqqəti çəkən işlər həyata keçirdi.

Gənclərə doğru hərəkətləri ilə yanaşı; Brendin adını daşıyan Formula 1 komandası yarış meydançalarında yer verdi. Təyyarələrə marağı olan Dietrich tez-tez öz brendini paraşütlə tullanma və bungee jumping kimi ekstremal idman növləri ilə birləşdirib, adrenalin dolu anları hər kəsə çatdırdı.

Həyəcan, risk, adrenalin və sıx enerji anlayışları ilə qarışan "Red Bull" üçün; Adi və monoton reklamlar əvəzinə hər bir satış bölgəsinin öz mədəniyyətinə xas meyarlar nəzərə alınmaqla strategiyalar işlənib hazırlanmağa başlandı. Və Dietrich Mateschitz, olmaz deyiləni bacararaq bu sektorda bir çox markaya liderlik edən və uğurlu olduğunu sübut edən dünyaca məşhur olmuş "Red Bull" markasını qoyub getdi.

Həmçini Bunları da oxuyun