cümə axşamı 19 sentyabr 2024
Anadangəlmə korluq yetkinlik dövründə də müalicə edilə bilər?
Anadangəlmə korluq yetkinlik dövründə də müalicə edilə bilər?

Genetik korluq olaraq da bilinən Leberin anadangəlmə amavrozu ilə bağlı əhəmiyyətli bir inkişaf olmuşdur. Alimlər müəyyən ediblər ki, körpəlikdə tətbiq edilən üsullar böyüklərdə də nəticə verir. Araşdırma LCA xəstəliyinin sonunu gətirə bilər.
ABŞ-da xidmət edən Kaliforniya Universitetində çalışan elm adamları leber anadangəlmə amauroz (LCA) adlı "genetik korluq" haqqında əlamətdar araşdırma aparıblar. Araşdırmalar nəticəsində körpəlikdə tətbiq edilən retinoid müalicəsinin yetkin fərdlərdə də işləyə biləcəyi anlaşıldı. Mütəxəssislər bu araşdırmanın körpəlikdə müalicə olunmayan korluğun yetkinlik dövründə müalicə oluna biləcəyini ifadə edir.

LCA genlər vasitəsilə ötürülən irsi xəstəlikdir. Retinada bir gen qüsuru nəticəsində yaranan xəstəlik körpəlikdə görmə qabiliyyətinin az olması və ya tamamilə olmaması kimi özünü göstərir. Müalicə edilməzsə, daimi korluğa səbəb ola bilər. Burada ən son araşdırma LCA üçün tətbiq olunan texnikaların yalnız körpəlik dövrünə xas olmadığını ortaya qoydu. Bu, kor insanlar üçün yeni bir ümid ola bilər.

Araşdırmanın nə dərəcədə effektiv olduğu hələlik bəlli deyil

Yetkin siçanlar üzərində işləyən elm adamları körpəlikdə tətbiq edilən müalicə üsulunu böyüklərə uyğunlaşdırdılar. Sintetik komponentləri gözə yeridən mütəxəssislər bu prosesi bir həftə davam etdirdilər. Müalicə başa çatdıqdan sonra 27 gün ərzində siçanların davranışlarını araşdıran mütəxəssislər, müalicənin 9-cu günündə nəticələri görməyə başladılar. Genetik korluğu olan yetkin siçanlar işığa reaksiya verməyə başlamışdılar. Kaliforniya Universitetindən Sunil Qandi bildirir ki, tapıntılar təəccüblü dərəcədə yaxşıdır. İş o yerə çatıb ki, siçanların görməsini təmin edən sinirlərin fəaliyyəti ilk mərhələdə 2 dəfə, müalicədən bir müddət sonra isə 5 dəfə artıb.

Tədqiqat perspektivli olsa da, mühüm çatışmazlıqlara malikdir. O qədər ki, müalicə olunan siçanların görmə səviyyəsi dəqiq məlum deyil. Mütəxəssislər indi bu məsələ ilə məşğuldurlar. Edilən araşdırmalar nəticəsində siçanların nə qədər görə bildiyi təyin olunarsa, araşdırmanın əhatə dairəsi genişlənə və insanlar üzərində sınaqlara başlana bilər.

Həmçini Bunları da oxuyun