cümə axşamı 19 sentyabr 2024
Apple-ın AR eynəkləri üçün tarix verilib
Apple-ın AR eynəkləri üçün tarix verilib

ABŞ-ın texnologiya nəhəngi Apple-ın çoxdan gözlənilən VR/AR eynəkləri nəhayət istehsal xəttinə girməyə hazırlaşır. Sənaye mənbələrindən gələn yeni iddialar, Apple-ın qarışıq reallıq eynəklərinin kütləvi istehsalının 2023-cü ilin martında başlayacağını ortaya qoyub.

Apple-ın qarışıq reallıq eynəkləri haqqında yeni məlumatlar paylaşılıb. Artıq MacBook və Mac istehsalı ilə tanınan Pegatron-un bu məhsulun istehsal tərəfdaşı olduğu bildirilib.

Daxili mənbələrə əsaslanan hesabata görə, kütləvi istehsala martda, apreldə isə satışa çıxarıla bilər. Məlumata görə, Apple prioritet cihaz olmadığı üçün ilkin istehsal əməliyyatlarını nisbətən aşağı səviyyədə saxlayıb. Faktiki olaraq bir milyondan da az istehsal planlaşdırılır.
Bildirilib ki, Apple VR/AR eynəkləri son istifadəçidən daha çox kommersiya bazarına yönələcək. Buna görə də onun qiymətinin rəqibləri ilə müqayisədə daha yüksək olacağı gözlənilir. İstehsal sayının az olması bu iddianı təsdiqləyir.

Bildirilib ki, yeni qurğu “genişlənmiş reallıq” (XR) kimi hazırlanıb. Bu texnologiya həm sırf virtual reallığı (VR) həm də rəqəmsal obyektləri real dünyaya əlavə edən əlavə reallığı (AR) birləşdirir. Hazırda Microsoft HoloLens 2-ni örnək cihaz kimi qəbul edə bilərik.

Apple-ın CEO-su Tim Kuk AR və VR texnologiyasına olan marağını dəfələrlə ifadə edib. Bundan əlavə, Apple-ın bir çox məhsulunda bu texnologiyalara imkan verən sensorlar və ya proqramlar var. Bu, Apple-ın 2023-cü ildə VR/AR qapısını açacağını göstərir.
 

Həmçini Bunları da oxuyun