cümə axşamı 19 sentyabr 2024
Onlayn ödəniş sistemələri və istifadə qaydaları
Onlayn ödəniş sistemələri və istifadə qaydaları

Onlayın ödəniş sistemələri müasir cəmiyyətdə öz xüsusiyyətləri ilə çox vacib əhəmiyyət daşıyır. Müasir insanlar e-ticarət vasitəsi kimi bu sistemlərin necə işlədiyini,  habelə pərakəndə istifadə üçün hamıya açıq olan onlayın ödəniş xidmətlərinin hansı növlərinin olduğunu bilməyi önəmli bilir. Belə ki, onlayın ödənişlərlə əlaqəli münasibətlər kütləvi xarakter aldığından ölkəmizdə bu sektorun institusional və hüquqi bazasının, eləcə də əhatə dairəsinin genişləndirilməsi başlıca strateji səbəbdir. Qeyd edək ki, mövcud olan Milli Ödəniş Sistemi iqtisadi subyektlər arasında ödənişləri saniyələr ərzində və təhlükəsiz formada həyata keçirməyə tam və etibarlı imkan yaradır.

İlk dəfə milli onlayın ödəniş resurslarının tətbiqinə hələ 2001-ci ildə “SWIFT” sisteminə əsaslanan Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin istifadəyə verilməsilə başlanılmışdır. 2002-ci ildə isə Xırda Ödənişlər üzrə Hesablaşma-Klirinq Sistemi yaradılıb. Bundan sonra, kommunal ödənişlərin banklar vasitəsi ilə daha rahat həyata keçirilməsi üçün 2008-ci il də Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi istismara verilib. Bu, abonentlərə istənilən bankın və yaAzərpoçt-un filial, şöbə, xidmət bölmələri, onların bankomatları vasitəsi ilə kommunal xidməti borcları haqqında tam informasiya almaq, nağd, ödəniş kartları, bank köçürmələri və internet banking yolu ilə ödəniş aparmağa imkan verir.

Habelə əhali və iqtisadi subyektlər arasında onlayn hesablaşmaların genişləndirilməsi və ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə 2012-ci ildə Hökumət Ödəniş Platforması yaradılıb ki, bununla da mərkəzləşdirilmiş qaydada vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərini, həmçinin kommunal, rabitə və başqa kütləvi xidmətlər üzrə ödənişləri etmək mümkündür.

Bundan sonra isə nağdsız qaydada həyata keçirilən hesablaşmaların hüquqi və iqtisadi əsasları 2016-cı ildən formalaşmağa başlamış, strateji fəaliyyət kimi e-ticarətdə rəqəmsal ödənişlərin genişləndirilməsi isə 2018-ci ildə təsdiq edilmişdir. Bununla da, e-ticarət meydanında əhali və biznes subeyktləri üçün faydalı olan müxtəlif onlayın ödəniş xidmətləri daha da öz aktuallığını qazanmışdır.

Bazarda yaranan təlabata adekvat olaraq günü-gündən yeni onlayın ödəmə xidmətləri öz inkişaf yolunu keçir və bu sahədə canlanma müşahidə olunur. Artıq bir çoxumuza məlum olan onlayın ödəniş xidmətlərini istifadə məqsədi, əhatə olunduğu çeşidi və e-ticarət üsuluna görə hədəf auditoriyası baxımından fərqləndirə bilərik. Bu məqamda istərdik ki, B2B-“Biznesdən biznesə” B2C-“Biznesdən pərakəndə istehlakçıya” modelində fəaliyyət göstərən onlayn ödəniş sistemi barədə faydalı məlumatları bölüşək.

B2B modelinə uyğun olan “Azərikard” MasterCard, Visa, American Express, Diners Club, UnionPayJCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk milli prosessinqdir. Hal-hazırda ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda 17 banka prosessinq xidməti göstərir. Telekomunikasiya kommunal xidmətləri, gömrük rüsumları vergilər, mobil internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələri (Kart Transfer, VISA Direct, MasterCard Money Send), bankomat vasitəsilə sığorta haqlarınındepozitlərin ödənişi, müxtəlif loyallıq proqramları və s. kimi texnoloji sahədə xidmətlər təklif edir. Onun xidmətlərindən olan “Cash to any Card” kartın balansını “Cash-in” tipli bankomatlar vasitəsilə artırmağa imkanı verir, “Cash by Code” vasitəsilə kart sahibləri mobilbank və ya ATM vasitəsilə kart hesablarından kartı olmayan şəxslərə nağd pul göndərə bilir, “İnternet Banking” vasitəsilə real vaxt rejimində günün 24 saatı ərzində kartı və ya cari hesabı idarə etməyə imkan verir, “Kart Transfer” ilə bankomatlardan və ödəniş köşklərindən, habelə “İnternet Banking”“MobilBank” xidmətlərindən istifadə edərək kart hesabları arasında köçürmələr aparıla bilər, “MobilBank” vasitəsi ilə internetə çıxış olan hər yerdən kart hesabını idarə etmək olar.

Digər tərəfdən isə B2C modelinə uyğun xidmətlər təklif edən smartpay.az, hesab.az, e-pul.az, million.az, asanpay.az, kassam.azedvgerial.az kimi portalların xüsusiyyətlərinə nəzərə sala bilərik:

Smartpay.az - koronavirusla mübarizə fonduna ödəniş, mobil cihazların qeydiyyat sistemi, mobil operatorlar, internet provayderlər, stasionar telefon, kommunal xidmətlər, TV provayderlər, sığorta xidmətləri, dövlət qurumlarının xidmətləri, təhsil, bank və digər xidmətləri üzrə 50-dən çox fərqli ödənişləri evdən etməyə imkan yaradır.

Hesab.az - istifadəsi rahat və funksionaldır, əlavə bonuslar və üstünlüklər təklif edir. Portal qeydiyyatdan keçməklə və ya qeydiyyatsız mobil, telefon, kommunal, internet, kabel TV, bank və sığorta, mərc oyunları, xeyriyyəçilik, təhsil haqqı, Dövlət İmtahan Mərkəzi üzrə ödəniş xidmətləri təklif edir.

E-pul.az - funksionallığı yaxşıdır, sadə qaydada mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmək mümkündür. Kifayət qədər ödəniş xidmətləri təklif edir. Bununla yanaşı bonus sistemi də tətbiq olunur. Əsas üstünlüklərindən biri avtomatik ödənişlərin və tez-tez təkrarlanan ödənişlərin sadələşdirilmiş formada həyata keçirilməsidir. Bu da istifadəçilər üçün əlavə rahatlıqdır. Mobil operator, telefon şəbəkəsi, internet provayderlər, kommunal xidmətlər, TV provayderlər, əyləncə xidmətləri, bank və sığorta ödənişləri, dövlət rüsumları, vergilər və cərimələr, təhsil haqqı, nəqliyyat xidmətləri üzrə ödənişlər, proqram təminatları üzrə ödənişlər, otellər və turizm xidmətləri üzrə ödəmələri onlayn rejimdə təklif edir. Sadalanan xidmətləri eyni zamanda ode.az portalı üzərindən də həyata keçirmək olar.

Million.az - eyni zamanda onlayn ödəniş xidməti də təklif edir. Sayt kifayət qədər peşəkar təəssürat bağışlayır. İstifadəsi rahatdır və funksionaldır. Mobil operatorlar, telefon şəbəkəsi, internet provayderlər, kommunal xidmətlər, kabel TV, elektron pul kisəsi, agent şəbəkəsi, əyləncə, bank, sığorta, mərc oyunları, ödəmə kartları, endirim və kuponlar, səyahət, dövlət ödənişləri üzrə onlayn xidmətlər təklif edir.

Asanpay.az - portalı vətəndaşlara “ASAN ödəniş” xidmətləri kimi inzibati cərimə, rüsum, vergi və gömrük, kommunal, təhsil, rabitə, sığorta, kredit və lizinq, ədliyyə və məhkəmə, yardım fondu, internet və kabel TV ödənişlərinin  həyata keçirilməsini təklif edir.

Kassam.az - mobil operator, stasionar telefon, internet provayderlər, kommunal xidmətlər, TV provayderlər, sığorta xidmətləri, internet mağazalar, xeyriyyəçilik, təhsil, avtomobilin onlayn icbari sığortası üzrə onlayn ödəmə xidmətləri təklif edir.

Edvgerial.az - rahat, təhlükəsiz, sürətli və innovativ xüsusiyyətləri və fərqli xidmətləri ilə digərlərindən daha çox əlverişlidir. Belə ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində geri qaytarılaraq yenidən xərcləmə imkanı verir.

Geri qaytarılan pul məbləği hesabda hissə-hissə toplanır və mobil operator, internet, TV, cərimə, stasionar telefon və sığorta xidmətləri üzrə ödənişlərin həyata keçirlməsinə sərf edilə bilir.

Mənbə: SmartPay, Hesab.az, E-Pul, MilliÖn, AsanPay, Kassam.az, ƏdvGeriAl, Azərkart, AzərPoçt, Milli Hökümət Ödəniş Portalı.

Həmçini Bunları da oxuyun