cümə axşamı 19 sentyabr 2024
Facebook cərimələndi: 533 milyon istifadəçinin məlumatları sızdırılıb
Facebook cərimələndi: 533 milyon istifadəçinin məlumatları sızdırılıb

İrlandiya Məlumatların Qorunması Komissiyası (DPC); WhatsApp, Instagram və Facebook-un sahibi Metanın 275 milyon dollar cərimələndiyini açıqlayıb. Cəza 2021-ci ilin aprelində ortaya çıxan kütləvi məlumat sızması səbəbindən olub. Facebook-da baş verən hadisədə 533 milyon istifadəçinin məlumatları sızdırılıb.

2018-2019-cu illər arasında toplandığı bildirilən bu məlumatda istifadəçilərin adları, yerləri, doğum tarixləri və telefon nömrələri yer alıb. Meta, bunun ortaya çıxmasından sonra məlumatı sızdıran şəxsin 2019-cu ildə düzəldilmiş bir təhlükəsizlik açığı ilə məlumat əldə etdiyini söyləyib.

DPC də tezliklə araşdırmalar aparmağa və Facebook-un Avropa Ümumi Məlumatların Mühafizəsi Qaydalarını (GDPR) pozub-pozmadığını araşdırmağa başlayıb. Qanuna əməl olunmadığı müəyyən edildikdən sonra indiki cəza verilib.

276 milyon dollarlıq cərimə DPC-nin bu il Meta ilə bağlı üçüncü cəriməsidir. Tənzimləyici ilk dəfə 2018-ci ildə təxminən 30 milyon Facebook istifadəçisinin məlumatlarını ifşa edən məlumat pozuntusundan sonra mart ayında 18,6 milyon dollar, Instagram-ın yeniyetmə məlumatlarının emalı ilə bağlı araşdırmadan sonra isə sentyabrda 402 milyon dollar cərimələyib. Bugünkü cərimə ilə səlahiyyətli orqanın bu il şirkətə tətbiq etdiyi cərimələrin məbləği 700 milyon dollara yaxınlaşıb.

Həmçini Bunları da oxuyun