cümə axşamı 19 sentyabr 2024
Yad Planetlilər Gəlir!? Son səkkiz gündə ABŞ-da dörd UFO
Yad Planetlilər Gəlir!?  Son səkkiz gündə ABŞ-da dörd UFO

Həqiqətəndə yadplanetlilər varmı?

Hazırda məlum olan heç bir qəti sübut, elmi məlumat və ya ağlabatan şübhə əsl yadplanetlilərin varlığını təsdiq etmir. Lakin kainatda milyardlarla planetin mövcudluğunu nəzərə alsaq, həyatın başqa yerlərdə də yarana bilməsi ehtimalı var. Dəfələrlə filmlərdə, kitablarda, televiziya proqramlarında işıqlandırılan bu mövzu daim reallığı ilə bağlı müzakirə edilən bir məsələ kimi qarşıya çıxır. Beləliklə, yadplanetlilər həqiqətən mövcuddurmu? Sualı ortaya çıxır

 Hal-hazırda kainatda həyatın mövcud olduğuna dair əlamətlər var, baxmayaraq ki, heç bir qəti sübut və ya elmi məlumat yoxdur. Məsələn, Yerdən başqa milyardlarla planetin mövcudluğunu nəzərə alsaq, həyatın başqa yerdə yarana bilmə ehtimalı yüksəkdir. Həmçinin, kainatın sonlu olduğu və ya sonsuz olmadığı da bilinməməktədir.

Bundan əlavə, NASA və digər kosmik tədqiqat təşkilatları planetlərdə həyatın varlığını araşdırmaq üçün bir çox kəşfiyyat işləri aparır. Məsələn, Mars səthində həyat izlərini axtaran Mars Rover vasitəsi üzvi molekulları aşkar edib. Bu, Marsda həyatın olma ehtimalını artırır.

Bununla belə, Yerdən kənarda həyatın hansı şəkildə ola  biləcəyi və ya onun hansı xüsusiyyətlərə malik ola biləcəyi barədə hələlik müəyyən məlumatımız yoxdur. Bəzi elm adamları Yerdən kənarda həyatın mikroorqanizmlərdən ibarət ola biləcəyini düşünərkən, bəziləri daha inkişaf etmiş həyat formalarının da mövcud ola biləcəyini düşünür. Ancaq bu mövzuda bütün fikirlər hələ də fərziyyə səviyyəsindədir.

Nəticədə yadplanetlilərin həqiqətən var olub-olmaması ilə bağlı müəyyən məlumatımız yoxdur. Ancaq alimlər bu mövzuda araşdırmalarını davam etdirirlər və gələcək tapıntılar bu mövzuda fikirlərimizi dəyişə bilər.

Son günlər mediada Yadplanetlilər haqqında bir çox xəbərlər gəzir

Gəlin xəbərlərə nəzər salaq.

ABŞ hava məkanında UFO aşkar edildikdən sonra ABŞ Hərbi Hava Qüvvələri Huron gölü üzərində naməlum uçan obyektin (UFO) vurulduğunu açıqlayıb. Belə ki, bu son hadisə ilə ABŞ hərbçiləri son 8 gündə biri Çinə aid olan 4 obyekti yerə düşürüb. Bəs bu obyektlər nədir? Gəlin birlikdə araşdıraq

1. 4 fevral – Çinə aid casus şarı

ABŞ dövlət katibi Antoni Blinkenin Çinin paytaxtı Pekinə səfərini təxirə salmasına səbəb olan ABŞ səmasında Çin 'casus şarı' fevralın 4-də ABŞ ordusuna məxsus reaktiv təyyarələr tərəfindən vurulub.

60 min fut yüksəklikdə uçduğu ifadə edilən şarın qalıqlarının çıxarılması üçün işlər davam edir.

2. 10 fevral - Alyaskanın ərazisi üzərində Obyekt

Bundan əlavə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib: "Biyden orduya ehtiyat üçün obyekti vurmaq əmrini verdi, onlar da bunu etdilər”.

 

3. 11 fevral – Kanadanın Yukon şəhərində obyekt

Miçiqan nümayəndəsi Cek Berqman  "Mən bu gün Böyük Göllər bölgəsindəki əməliyyatlarla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxladım ABŞ ordusu Huron gölü üzərində daha bir “obyekt” yerə salıb. Qırıcı pilotlarımızın qətiyyətli hərəkətlərini yüksək qiymətləndirirəm. Amerika xalqı bizdən daha çox açıqlamaya layiqdir”, -deyə bildirib.

4. Və nəhayət, 13 fevral - Huron gölü üzərində obyekt

Səkkizbucaqlı olduğu bildirilən obyekt yüksək hündürlükdə Miçiqandakı Huron gölü üzərində F-16 qırıcısı tərəfindən vurulub.

Pentaqon isə vurulan obyektin hərbi təhlükə hesab edilmədiyini, lakin mülki aviasiya üçün təhlükə yaratdığını bildirib.

ABŞ hava məkanının qorunmasından məsul olan general Glen VanHerck, ordunun son üç obyektin nə olduğunu, havada necə qaldığını və haradan gəldiyini müəyyən edə bilmədiyini bildirib.

VanHerck, ABŞ-ın radarını daha yavaş olan obyektləri izləmək üçün uyğunlaşdırdığını və bu son üç obyektin nədənsə "şar deyil, obyekt" adlandırıldığını söylədi. Bu obyektlərin “yadplanetlilərə aid olub-olmayacağı” sualına cavab verən general, “Heç bir ehtimalı istisna etmirəm. Ancaq bunu həll etməli olan birlik bizim kəşfiyyat birliyimizdir", -deyə bildirib.

Müdafiə rəsmisi Reuters agentliyinə bildirib ki, hərbçilər obyektlərin yadplanetli olduğuna dair heç bir sübut tapmayıblar.

Hal-hazırda ağır hava şəraitində həm dənizdə, həm də quruda axtarışlar aparılır. Huron gölü ətrafənda vurulan obyektin hissələrini axtarılır.

Hadisə ilə bağlı danışan Elon Musk xəbərləri nəzərdə tutaraq "Narahat olmayın, bir neçə dostum yanıma gəlib", -deyə tweetini atıb.

Belə ki, bu son hadisə ilə ABŞ hərbçiləri son 8 gündə biri Çinə aid olan 4 obyekti yerə salıb.

Həmçini Bunları da oxuyun