cümə axşamı 19 sentyabr 2024
Amazon Ring “Car Cam”ı təqdim etdi
Amazon Ring “Car Cam”ı təqdim etdi

Eviniz üçün Ring kameraları kifayət deyilsə, ana şirkət Amazon tezliklə istehlakçılara avtomobillərinə kamera əlavə etməyə icazə verəcək.

Texnologiya şirkəti avtomobilinizin idarə panelində oturan kiçik ikitərəfli kamera olan Ring Car Cam-ı təqdim edəcəyini açıqladı. Ring Car Cam-ı indi 199,99 dollara öncədən sifariş etmək mümkündür, lakin Amazon veb saytındakı siyahıya görən yanvarın 31-dən sonra qiyməti 249,99 dollara yüksələcək. Kameralar rəsmi olaraq fevralın 15-dən etibarən istifadəyə veriləcək.

"Biz müştərilərə evlərini və icmalarını qorumaqda kömək etdiyimiz kimi, təhlükəsizlik təcrübəmizi onların avtomobillərində də genişləndirməklə onlara kömək etmək istəyirik", -deyə Ring-in baş texnologiya direktoru Coş Rot bilidirib.

Ring Car Cam necə işləyir?

İki üzlü kamera avtomobilin həm hərəkətdə, həm də dayanma nöqtəsində olmasından asılı olmayaraq, həm tablosundan avtomobilin çölünü, həm də salonun içini çəkə bilir. Ev kameraları kimi, Car Cam-da sındırma kimi fəaliyyəti aşkarlaya bilən və yazmağa başlaya bilən sensorlar var. Sahiblər daha sonra Ring tətbiqi vasitəsilə kameradan xəbərdarlıq və canlı görüntü ala biləcəklər.
 

Həmçini Bunları da oxuyun