cümə axşamı 19 sentyabr 2024
"Kontakt"ın reklamı beynəlxalq festivalda qalib gəlib
"Kontakt"ın reklamı beynəlxalq festivalda qalib gəlib

“Kontakt” mağazalar şəbəkəsinin “Kontakt: Yadplanetlilər tərəfindən qaçırılan Salman dayının hekayəsi” reklam filmi Mərkəzi Asiyanın kreativ sənaye təmsilçiləri arasında ən böyük və ən nüfuzlu festival hesab olunan “Red Jolbors”-da 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata layiq görülüb. Bundan başqa, daha 2 nominasiya üzrə festival işləri arasında qısa siyahıya düşüb.

Ümumilikdə 350-dən çox müraciətin dəyərləndirildiyi 11-ci “Red Jolbors” festivalında hər il Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Azərbaycanın ən yaxşı marketinq agentlikləri və reklam həlləri yarışır. “Kontakt”ın reklam filmi bu ilki festivalda aşağıdakı kateqoriya və nominasiyalar üzrə yüksək nəticələr əldə edib.

 

“Samsung Galaxy S22” smartfonu üçün çəkilən “Kontakt: Yadplanetlilər tərəfindən qaçırılan Salman dayının hekayəsi” reklam filmi Azərbaycan izləyiciləri tərəfindən də böyük maraqla qarşılanmışdı və həm sosial mediada, həm də yerli KİV-lərdə xeyli müzakirə olunmuşdu. Cəmi bir həftə ərzində reklam filmi 4 milyondan çox göstəriyə çatmış (impression), 1000 dəfədən çox paylaşılmışdı.

Həmçini Bunları da oxuyun