cümə axşamı 19 sentyabr 2024
Netflix-də ən çox baxılan filmlər bəlli oldu
Netflix-də ən çox baxılan filmlər bəlli oldu

Dünyanın ən məşhur rəqəmsal yayım platforması ünvanına sahib olan Netflix 2 ildir ən çox baxılan serial və filmləri müntəzəm olaraq paylaşır. Bundan əlavə yerli və xarici istehsallar bir yana, məzmunun dilinə görə sıralanmış siyahılar da var. İndi isə platforma ən çox baxılan filmləri paylaşıb.

Netflix-in paylaşdığı ən çox baxılan filmlər siyahısında ilk yeri Glass Onion: A Knives Out Mystery tutub. Dünyaca məşhur detektiv Benoit Blanc ilə əsrarəngiz görüşdən bəhs edən istehsal ümumilikdə 127 milyon 250 min saat izlənilib.

Ən çox baxılan ikinci film Roald Dahl-ın Matilda The Musical filmi olub. Sinif yoldaşlarının dəstəyi ilə həyatını dəyişməyə çalışan Matildanın xarakterindən bəhs edən istehsal ümumilikdə 41 milyon 60 min saat izlənilib. 26 dekabr - 1 yanvar tarixləri arasında ən çox baxılan filmlər aşağıdakılardır:

Film Neçə həftədir TOP 10 İzlənmə saatı
1 Glass Onion: A Knives Out Mystery 2 127 milyon 250 min
2 Roald Dahl’s Matilda The Musical konusu 1 41 milyon 60 min
3 Knives Out 1 16 milyon 760 min
4 White Noise 1 14 milyon 750 min
5 The Invitation 1 12 milyon 200 min
6 Guillermo del Toro’s Pinocchio 4 10 milyon 910 min
7 Trolls 2 9 milyon 980 min
8 After Ever Happy 1 7 milyon 220 min
9 How the Grinch Stole Christmas 3 7 milyon 190 min
10 Bullet Train 5 6 milyon 940 min

 

 

Həmçini Bunları da oxuyun