cümə axşamı 19 sentyabr 2024
Spotify Premium yenidən üç ay pulsuz olub
Spotify Premium yenidən üç ay pulsuz olub

Dünyanın ən məşhur musiqi platforması olan Spotify, ara-sıra pulsuz sınaq müddətləri ilə istifadəçiləri cəlb etməyi bacarır. Nəhayət, Spotify Platinum adlı yeni üzvlük planı ilə gündəmə gələn şirkət, ilk dəfə Premium abunəsi olacaq istifadəçilər üçün üç aylıq pulsuz sınaq fürsətini geri qaytarır.

Dünyada milyonlarla aktiv abunəçisi olan Spotify pulsuz sınaq kampaniyaları ilə diqqət çəkir. Abunəliklərində bəzən pulsuz sınaq təklif edən şirkət bu kampaniyanı yenidən gündəmə gətirib.

Bu gün rəsmi abunə səhifəsində görünən məlumatla Spotify, ilk dəfə Premium abunəçi olacaq istifadəçilərdən ilk üç ay ərzində ödəniş alınmayacağını açıqladı. Əvvəllər bir ay olan sınaq müddəti beləliklə üç aya qədər uzadılıb. Bu kampaniya dekabrın 31-də başa çatacaq.

Şirkət müəyyən fasilələrlə pulsuz sınaq addımları ilə öz tərəfinə daha çox abunəçi cəlb etmək istəyir. Rəsmi sayta baxsaq görərik ki, Fərdi paket üç aylıq pulsuz sınaqdan sonra 8.50 AZN-dir.

Öz sahəsində lider olan Spotify, ötən həftələrdə ödənişli abunəçilərlə bağlı açıqlama verib. Şirkətin açıqlamasına görə, hazırda platformada 195 milyon pullu abunəçi var. Spotify pulsuz abunəçilərinin sayını 468 milyon olaraq açıqlayıb.

Həmçini Bunları da oxuyun