cümə axşamı 19 sentyabr 2024
İlin ən çox itirən milyarderlərinin siyahısı
İlin ən çox itirən milyarderlərinin siyahısı

Dünyada baş verən ən kiçik hadisə belə iqtisadiyyatda dalğalanmalar yarada bilər. Bu eniş və yoğuşlardan şirkətlər necə təsirlənirsə, iş adamları da o cür təsirlənir. Budur ən çox pul itirən milyarderlər.

Siyahının başında Amerika Birləşmiş Ştatlarının əhəmiyyətli şirkətləri Tesla və SpaceX ilə tanıdığımız Elon Musk yer alır. Twitter alqı-satqısı və keçirdiyi tədbirlərlə gündəmdən qalmayan CEO bu alış üçün 44 milyard dollar xərcləyib.

Elon Muskın ümumilikdə 100 milyard dollar itirdiyini görürük. Buna baxmayaraq, məşhur CEO dünyanın ən zəngin adamı olaraq qalır.

İkinci yeri Mark Zuckerberg tutur
Meta”nın (Facebook) yaradıcısı, kompüter proqramçısı və iş adamı Mark Zuckerbergin 83,5 milyard dollar zərəri var. Hazırda 42 milyard dollarlıq sərvəti ilə Zuckerberg Bloomberg Billionaires Index-ə görə dünyanın ən varlı adamları arasında iyirmi yeddinci yerdədir.

Changpeng Zhao 81,9 milyard dollar itirib
Dünyanın ən böyük ticarət həcminə malik kriptovalyuta birjası Binance-nin CEO-su 81,9 milyard dollarlıq ümumi itki ilə üçüncü yerdədir. Kriptovalyuta bazarının dalğalanması səbəbindən ciddi itki ilə üzləşən Zhao dünyanın 112-ci ən varlı adamıdır.

Dördüncü yer isə Jeff Bezosdur
Ticarət nəhəngi Amazon ilə tanıdığımız Jeff Bezos 76,7 milyard dollarla dördüncü yerdədir. Buna baxmayaraq, Bezos 116 milyard dollarla dünyanın dördüncü ən varlı adamıdır.

Larry Page 39,7 milyard dollar itirib
Google-un həmtəsisçisi Larry Page siyahıda beşinci yerdədir. Page 39,7 milyard dollar zərər və 88,7 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamları arasında səkkizinci yerdədir.

Siyahıda Sergey Brin də var
Google-un digər həmtəsisçisi Sergey Brin də siyahının altıncı pilləsində qərarlaşıb. 38,6 milyard dollar itkisinə baxmayaraq, Brin hazırda 84,9 milyard dollar xalis sərvətə malikdir. Məşhur iş adamı həm də dünyanın ən varlı adamları arasında on birincidir.

Mackenzie Scott da 34,9 milyard dollar itirib
Siyahıda yeddinci yerdə yazıçı Mackenzie Scott qərarlaşıb. Sərvətindən 34,9 milyard itirən Scott hazırkı sərvəti 21,4 milyard dollardır. Jeff Bezosun keçmiş arvadı Makkenzi Scott dünyanın altmış ikinci ən zəngin adamıdır.

Bill Gates səkkizinci yerdədir
Microsoft ilə tanış olduğumuz Bill Gates 25,3 milyard dollar sərvət itirdi. Hazırda 112,8 milyard dollar sərvəti olan iş adamı, dünyada ən yüksək şəxsi sərvətə malik beşinci şəxsdir.

Doqquzuncu yerdə biz Phil Knight-ı görürük
Nike və Laika ilə tanıdığımız Phil Knight bu il sərvətindən 22,5 milyard dollar itirib. Dünyanın iyirmi doqquzuncu ən varlı adamı olan Naytın hazırkı sərvəti 39,8 milyard dollardır.

Robin Zeng Yuqun sonuncu yerdədir
Contemporary Amperex Technolog şirkətinin qurucusu Zeng Yuqun 22,5 milyard dollar zərərlə siyahının sonuncu pilləsində qərarlaşıb. Milyarderlər siyahısında otuz altıncı yerdə olan Yuqunun sərvəti isə 30,7 milyard təşkil edir.

Həmçini Bunları da oxuyun