cümə axşamı 19 sentyabr 2024
Kimliyi bilinməyən hacker 400 milyon Twitter istifadəçisinin məlumatlarını satmaq istəyir
Kimliyi bilinməyən hacker 400 milyon Twitter istifadəçisinin məlumatlarını satmaq istəyir

“Breach” hakerlər forumunda Ryushi ləqəbli istifadəçi tərəfindən Twitter sahibi Elon Muska xüsusi sövdələşmə təklif edilib. Hakcer, 400 milyon Twitter istifadəçisinin məlumatlarına sahib olduğunu söyləyib. Əldə edilən məlumata görə, bu məlumat sosial şəbəkədə 2021-ci ildə aşkar edilmiş sistem zəifliyi vasitəsilə əldə edilib. Lakin sonradan boşluq çıxarılıb. Haker məlumatı pul müqabilində verəcəyini bildirib. Əks halda, məlumatlar internetə sızacaq və nəticədə Twitter Avropa tənzimləyicilərindən böyük məbləğdə cərimə alacaq. Avropa Birliyindəki ümumi məlumatların mühafizəsi qaydasına (GDPR) görə, istifadəçi məlumatlarının sızması halında Twitter-i milyonlarla dollar cərimə gözləyir.

"276 milyon dollarlıq cərimədən qaçınmaq üçün ən yaxşı seçim məlumatların şəxsi satın alınmasıdır", - deyə haker bildirib. Bundan əlavə, haker digər fırıldaqçıların belə məlumatlardan necə istifadə edə biləcəyinə dair məlumatların yer aldığı xüsusi keçid də yerləşdirib. Hacker paylaşımında 37 nəfərin məlumatlarını göstərən nümunə də təqdim edilib. Həmin nümunədə məşhur ulduzların, məmurların, jurnalistlərin və iş adamlarının məlumatları yer alıb. Əldə edilən məlumata görə, hakerin ələ keçirdiyi məlumat bazasında bir çox adi istifadəçilərin adları, e-poçt ünvanları, abunəçilərin sayı, istifadəçi hesablarının yaranma tarixləri və telefon nömrələri var.

Sözügedən məlumatların əksəriyyəti həmişə olduğu kimi ictimaiyyətə açıq olsa da, e-poçt ünvanı və telefon nömrəsi ümumiyyətlə məxfidir. Məlumata görə, Ryushi ləqəbli istifadəçi 400 milyon Twitter istifadəçisinin məlumat bazasını 200 min dollara satır. Şirkət bu təklifi qəbul etməzsə, verilənlər bazası müxtəlif şəxslərə satılacaq. Hudson Rock-ın kibertəhlükəsizlik mütəxəssisləri məsələni araşdırdıqlarını və hakerin verdiyi misalların doğru olduğunu müəyyən etdiklərini bildiriblər. Amma 400 milyon istifadəçinin məlumatının verilənlər bazasında olub-olmadığını bilmirlər.

Həmçini Bunları da oxuyun