cümə axşamı 19 sentyabr 2024
Android-ə gələn yeni funksiyalar sizi sevdirəcək
Android-ə gələn yeni funksiyalar sizi sevdirəcək

Smartfon dünyasında hər səviyyədə fərqli bir rəqabət hekayəsi var. Bu yarışmanın ən əhəmiyyətli başlıqlarından biri əməliyyat sistemi seçimidir. Huawei-nin HarmonyOS əməliyyat sistemi son zamanlar adından söz etdirsə də, bu adı rəqib saymaq hələ mümkün olmadığından əməliyyat sistemi bazarı iOS və Android arasında bölünüb.

Rəqibi iOS-un özündən payını almasını istəməyən və buna görə də davamlı inkişafda olan Android, tezliklə istifadəçiləri üçün bir çox əhəmiyyətli xüsusiyyətləri təqdim edəcək. Google-a yaxın mənbələrdən alınan məlumata görə, Google TV tətbiqində edilən yeniləmələr sayəsində telefondakı şəkillər artıq birbaşa televiziyaya əks olunacaq, telefon isə televiziyanın görünüşündən asılı olmayaraq istifadə edilə biləcək.

Bundan əlavə, Android əməliyyat sisteminin rəqəmsal açar qabiliyyəti inkişaf etdiriləcək, nəqliyyat vasitələri telefonla uzaqdan kilidlənə və açıla bilinəcək. Yenə də yaxın vaxtlarda təqdim olunacaq yeniləmələrdən biri YouTube ilə bağlıdır. Müvafiq olaraq, istifadəçilər artıq öz ana ekranlarına YouTube axtarış vidjeti əlavə edə və beləliklə, bu vidjet vasitəsilə birbaşa istədikləri məzmuna daxil ola biləcəklər.

Təbii ki, xatırladaq ki, bütün bu xüsusiyyətlərin tək bir yeniləmə paketi ilə təqdim edilməsi gözlənilmir və buna görə də önümüzdəki həftələrdə başlayacaq ilk yeniləmələrlə proses zamanla yayılacaq.
 

Həmçini Bunları da oxuyun