cümə axşamı 19 sentyabr 2024
"Instagram"a illərdir gözlənilən daha bir funksiya gəlir
"Instagram"a illərdir gözlənilən daha bir funksiya gəlir

"Instagram"a yeni bir funksiya gəlir. Artıq musiqinin profillərə əlavə edilə biləcəyi öyrənildikdən sonra 2021-ci ildə canlı yayımları planlaşdırma xüsusiyyətini işə salan "Instagram"ın bu dəfə Reelspostlar üçün də vaxt planlaşdırma xüsusiyyəti üzərində işlədiyi öyrənilib.

İlk dəfə "Twitter" istifadəçisi tərəfindən kəşf edilən test versiya tezliklə şirkət tərəfindən təsdiqlənib. Tvitə görə, istifadəçilər “Ətraflı Parametrlər” seçimi vasitəsilə funksiyaya daxil ola biləcəklər. Bundan əlavə, postu planlaşdırmaq üçün mobildə post yaradarkən “Bu postu planlaşdır” seçiminin yanındakı açma/söndürmə düyməsini aktivləşdirmək kifayət edəcək.

Həmçini Bunları da oxuyun