cümə axşamı 19 sentyabr 2024
Android 14-ün ilk beta versiyası təqdim edilib
Android 14-ün ilk beta versiyası təqdim edilib

Google şirkəti Android 14-ün tərtibatçılar üçün nəzərdə tutulmuş ilk beta versiyasını istifadəyə verib. Android 14 Developer Preview 1 adlı beta versiya hal hazırda yalnız Google şirkətinin Pixel smartfonlarında aktivdir. Android 14-ün sözügedən beta versiyasını dəstəkləyən smartfonlar siyahısına Pixel 4a 5G, Pixel 5, Pixel 5a, Pixel 6, Pixel 6 Pro, Pixel 6a, Pixel 7 Pixel 7 Pro modelləri daxil olublar. Beləliklə verilmiş məlumata əsasən Android 14-də reallaşdırılmış əsas yeniliklərdən biri əməliyyat sistemi interfeysinin böyük ekranlı cihazlar üçün optimizasiyasıdır. Google şirkətinin sözlərinə əsasən bu, istifadəçilərə həm smartfon həm də planşetlərlə rahat şəkildə qarşılıqlı əlaqədə olmaq imkanını verəcək. Google həmçinin tərtibatçıların istifadəçilər üçün lazımi dil seçimi etmək imkanının təqdim edilməsini sadələşdirib.

 Əlavə olaraq Android 14 şriftlərin miqyaslarını 200% böyütmək imkanını əldə edib. Şirkət Android 14-də tətbiqlərin iş proseslərini optimizasiya edərək əməliyyat sisteminin ümumi enerji effektivliyini yaxşılaşdırıb. Bu istiqamətdə əsas dəyişikliklər əsasən Wi-Fi üzərindən yüklənmələrin idarəsini, tətbiqlərin keşləşdirilməsini və zəngli saat ilə təqvimin idarəsini əhatə edirlər. Google bildirib ki, əməliyyat sistemində təhlükəsizliyin daha üst səviyyəyə qaldırılması, zərərli tətbiqlərin aşkar edilərək bloklanması sistemi, tətbiqlərin yenilənmələrinin daha sürətlə reallaşdırılması və əməliyyat sisteminin stabilliyinin yaxşılaşdırılması üzərində işlər aparılır. Gələn ay şirkət Android 14 Developer Preview 2-ni təqdim edəcək. Daha sonra isə aprel, may iyun aylarında yeni əməliyyat sisteminin açıq beta test mərhələsi keçiriləcək. 

Həmçini Bunları da oxuyun