cümə axşamı 19 sentyabr 2024
Azərbaycanlı dizaynerin dizayn etdiyi avtomobil təqdim olunub
Azərbaycanlı dizaynerin dizayn etdiyi avtomobil təqdim olunub

Azərbaycanlı dizayner Samir Sadıxovun dizayn etdiyi “Genesis x Convertible” elektrikli avtomobil Los-Ancelesda keçirilən maşın sərgisində təqdim olunub.

“Son zamanlar üzərində işlədiyim avtomobili sizlərə təqdim etmək istərdim. Bu layihə Genesis X modellər seriyasının sonuncu , üstü açıq veriyasıdır. Bu il yay aylarında, çox qısa bir vaxtda dizayn rəhbərlərimin köməyi ilə birgə dizayn etdik. Avtomobil iki qapılı, elektro motorlu idman üslüblu bir modeldir. Və dizayn etdiyim bu avtomobili Kaliforniyada, belə bir məkanda təqdim edilməsindən böyük şərəf duydum”, -deyə Samir Sadıxov sosial media hesabında mövzula bağlı bildirib.

Diqqətinizə çatdıraq ki, Samir Sadıxov hazırda Cənubi Koreyanın “Hyundai” markasının lüks avtomobillər istehsal edən brendi “Genesis Motors”da baş dizayner vəzifəsində çalışır.Dizayner, “Ferrari World Design Challenge 2014” müsabiqəsində qalib olaraq məşhurluq qazanıb. Həmin ildə Sadıxov “DACAR” adlı təkər dizaynı ilə Hankook şirkətinin müsabiqəsində qalib gəlib. 2018-ci ildə gənc dizayner “Automobile Magazine” jurnalının təsis etdiyi ən nüfuzlu mükafatlardan biri sayılan “İlin ən yaxşı konsept avtomobili” mükafatı ilə təltif olunub.

Samir Sadıxovun layihələri:

- Cadillac C-Ville və XTS 
- Rezvani Beast
- Alfa Romeo
- Humvee
- Brubaker Box
- F 4T konsepti
- Alonso İndycar
- Ford Caspi
- Hankook Boostrac
- DBS 
- Quattro Beasts
- Lamborghini Aventador J
- Lamborghini Urus 
- İncepto GT
- Dassault Falcon S təyyarəsi

Həmçini Bunları da oxuyun