cümə axşamı 19 sentyabr 2024
Mesaj redaktə funksiyası
Mesaj redaktə funksiyası

Artıq eşitmişdik ki, mesaj redaktə funksiyası dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan "WhatsApp"a gələcək. Sözügedən xüsusiyyət tətbiqin 2.22.22.14 nömrəli beta versiyasında ortaya çıxıb. Beləliklə, bunun necə işləyəcəyi haqqında bir az daha çox öyrənmək şansımız oldu.

WABetaInfo saytındakı detallara görə, bu funksiya sayəsində göndərilən bütün mesajları redaktə etmək mümkün olacaq. Lakin proqram bunun üçün istifadəçilərə 15 dəqiqə vaxt verəcək. Bu müddət bitibsə, göndərilən mesajlar redaktə olunmayacaq.

Redaktədən sonra mesajda dəyişikliyin edildiyini açıq şəkildə göstərən xüsusi etiket görünəcək. Dərc edilmiş skrinşota əsasən, bu etiket vaxt məlumatının düz yanında yerləşəcək. WhatsApp mesajlarının redaktə edilməsi ilə bağlı açıqlanan təfərrüatlar hələlik bunlardır. Hazırlanma mərhələsində olan yeni funksiyanın ümumiyyətlə nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil. Daha çox bilmək üçün bir az daha gözləməliyik.

Həmçini Bunları da oxuyun