cümə axşamı 19 sentyabr 2024
Whatsapp-da mesajın silinməsini ləğv etmək funksiyası istifadəyə verilib
Whatsapp-da mesajın silinməsini ləğv etmək funksiyası istifadəyə verilib

Bütün dünyada məşhur olan və böyük istifadəçi kütləsinə sahib Whatsapp messencerində yeni funksiya istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiya mesajları səhvən silinməsini ləğv etmək imkanını verir. Messencer tərtibatçılarının sözlərinə əsasən bu yeni funksiya Whatsapp daxilində səhvən bu və ya digər əməliyyatı yerinə yetirən istifadəçilər üçün çox faydalı olacaq. Söhbət, çat daxilində istifadəçilərin çox zaman “Delete for everyone” əvəzinə seçdikləri “Delete for me” əməliyyatının ləğv edilməsindən gedir. Qeyd etmək lazımdır ki, “Delete for me” əməliyyatını seçən zaman bu və ya digər mesaj istifadəçinin çatından silinsə də, həmsöhbət olduğu şəxsdə olduğu kimi qalır. Messencerin əldə etmiş olduğu yeni funksiya Accidental Delete adını əldə edib və o, bu və ya digər mesajın silinməsini ləğv etmək üçün istifadəçiyə 5 saniyə vaxt verir. Bu yeni funksiyadan messencerin Android və iOS istifadəçiləri artıq istifadə edə bilərlər.

 

Həmçini Bunları da oxuyun