şənbə 28 sentyabr 2024
Ucuz telefon "Samsung Galaxy A54" təqdim olundu
Ucuz telefon "Samsung Galaxy A54" təqdim olundu

Samsung, bu il Galaxy A74 modelinin olmayacağını və seriyanın ən yaxşı cihazının Galaxy A54 olduğunu söylədi. Bəs, flaqmanların bir az altında yerləşən bu smartfon, qiyməti və xüsusiyyətləri ilə istifadəçilərin gözləntilərini qarşılayacaqmı?

Galaxy A54 modeli Samsungun öz prosessoru olan Exynos 1380 ilə təchiz edilib. GPU tərəfində Mali-G68 mövcuddur. O, həmçinin 6/8 GB RAM128/256 GB yaddaş seçimlərinə malikdir. Bu yolla, Galaxy 53 ilə müqayisədə prosessorda 20 faiz, qrafikada isə yüzdə 26 təkmilləşmə gətirir.

Samsung tərəfindən paylaşılan bu məlumatları da sınaqdan keçirdik. Nəticədə o, AnTuTu-da 498 min 287 xalla, birnüvəli testdə 1009, Geekbench 6-da çoxnüvəli testdə 2858 xal toplaya bilib. Bu, onun sələfindən qat-qat güclü olduğunu göstərir.

Qurğu 1080×2400 piksel təsvir ölçülü, 411 ppi, 120 Hz yeniləmə tezliyi və 1000 nits parlaqlığa malik 6,4 düymlük Super AMOLED panelə malikdir. Onu da qeyd edək ki, ekran Corning Gorilla Glass 5 şüşəsi ilə qorunur.

Kamera tərəfində, arxa tərəfdə üçlü bir sıra görürük. Bunlar müvafiq olaraq 50 Meqapiksellik əsas kamera, 12 Meqapiksellik geniş bucaqlı və 5 Meqapiksellik makrodur. Bundan əlavə, cihazın ön hissəsində 32 meqapiksellik selfi kamerası var. Nəhayət, deyək ki, o, ön və arxa tərəfdə 4K 30 FPS video yaza bilir.

Cihazın 5000 mAh batareyası 21 saata qədər video oxutma müddəti təklif edir. 25 Vt gücündə sürətli şarj dəstəyi var. O, Android 13 əsasında One UI 5.1 ilə qutudan çıxır. Həmçinin 4 il Android 5 il təhlükəsizlik yeniləmələri alacağı da bildirilir.

Galaxy A54 xüsusiyyətləri:

Prosessor: Samsung Exynos 1380/ Mali-G68 GPU
Ekran: 6,4 düym, 1080 x 2400 piksel, 411 ppi
20:9, Super AMOLED, 120Hz, 1000 nits
Corning Gorilla Glass 5
Kamera: 50 Meqapiksel, f/1.8, (əsas), OIS
-12 Meqapiksel, f/2.2, 123˚ (en), 1.12µm
-5 meqapiksel, f/2.4, (makro)
-32 Meqapiksel, f/2.2, 26mm (ön), 1/2.8″, 0.8µm
-Ön və arxa 4K 30 FPS video çəkilişi
Yaddaş: 6/8 GB RAM
128/256 GB (1TB MicroSD kart dəstəyi)
Batareya: sürətli şarj 5000 mAh, 25W
Əməliyyat sistemi: Android 13, OneUI 5.1
Simsiz qoşulma: Bluetooth 5.2, USB Type-C 2.0,
NFC, Wi-Fi 802.11 a/b/g/n/ac

Əlavə: Barmaq izilə kilid

Həmçini Bunları da oxuyun