cümə axşamı 19 sentyabr 2024
"Black Adam 2" gözləyənlər üçün kədərli xəbər
"Black Adam 2" gözləyənlər üçün kədərli xəbər

Son vaxtlar DC kainatından çox mühüm xəbərlər var. Kainatı yenidən qurmaq yolunda olan DC, ən sevilən və populyar personajlarının yeni filmləri hazırlayır. Ancaq buna baxmayaraq bir çox layihələr ləğv edilir. Ən son xəbərlər "Black Adam"dan gəldi. Məlumata görə, "Black Adam 2" ləğv edilib.

Son zamanlar DC kainatında çoxlu ayrılıq var. "Wonder Women 3"ün ləğvi və "Henry Cavill"in Supermen ilə vidalaşmasından sonra "Black Adam"dan yeni xəbər gəlib. Oktyabr ayında ekranlara çıxan Black Adam filminin davamının olmayacağı açıqlanıb.

Filmin baş rol aktyoru Dwayne Johnson Twitter hesabında mövzu ilə bağlı açıqlama verib. Johnson görə, "Black Adam"ın davamı DC filmlərinin növbəti mərhələsinin bir hissəsi olmayacaq.

Məşhur aktyor, paylaşımında mövzu ilə bağlı açıqlamasında bu sözləri işlədib:

“Film sevər qardaşlar və bacılar, mən yeni DC kainatında "Black Adam"ın gələcəyi ilə bağlı çoxdan gözlənilən xəbərləri bölüşmək istədim.

James Gunn və mən əlaqə saxladıq və Black Adam hekayənin birinci hissəsində olmayacaq. Bununla belə, DC və Seven Bucks, Black Adamın DC multiverse-nin gələcək epizodlarında istifadə oluna biləcəyi ən dəyərli yolları araşdırmaq barədə razılığa gəliblər.

James və mən bir-birimizi illərdir tanıyırıq. Biz həmişə bir-birimizin uğurlarını dəstəkləmişik. Bu gün də fərqli deyil və mən həmişə DC-nin qalib gəlməsini və yaxşı qazanmasını dəstəkləyəcəyəm".

DC Studios-un rəhbəri vəzifəsini yerinə yetirdikdən sonra öz vizyonunu gətirmək üçün hərəkətə keçən James Gunn, Johnson-un ifadəsini sitat gətirdi: "Mən The Rock-ı sevirəm və onun və Seven Bucks-ın nə edəcəyini görmək üçün həyəcanlıyam. Yenidən əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”, -deyə bildirib. Black Adam filmi də kassada 391 milyon dollar qazanıb. Ancaq bu gəlirə baxmayaraq, çox yaxşı rəylər almadı.

Həmçini Bunları da oxuyun