cümə axşamı 19 sentyabr 2024
Twitter App Store-dan silinə bilər -SƏBƏBİ
Twitter App Store-dan silinə bilər -SƏBƏBİ

Elon Musk tez-tez sosial media hesabından verdiyi açıqlamalarla gündəmə gəlir. Musk bu yaxınlarda Twitter hesabında App Store tətbiq haqqının kifayət qədər yüksək aldığını bildirib. Bunun üzərinə App Store-u idarə edən Phil Schiller cavab olaraq yüksək izləyici ilə Twitter hesabını bağlayıb.

Twitter-in keçmiş Təhlükəsizlik Müdiri Yoel Roth, Elon Muskın Twitter üçün Apple və Google təlimatlarına əməl etmədiyi təqdirdə mağazalardan qovulacağını və bunun fəlakətlə nəticələnəcəyini açıqlayıb. Elon Musk daha əvvəl App Store tətbiq haqlarından şikayət etmişdi. O, bu ifadəsində rüsumun olması lazım olandan 10 dəfə çox olduğunu və bu yolla gizli vergi aldıqlarını bildirib.

App Store meneceri Phil Schiller-in platformanı tərk etməsinə baxmayaraq, Apple-ın rəsmi Twitter hesabları və CEO Tim Cook hələ də mövcuddur. Twitter və Apple mövzu ilə bağlı açıqlama verməyib. Həmçinin bu yaxınlarda Stephan King Twitter Blue-nun ödənişindən şikayət edəndək Elon Musk hesabları ödəməli olduqlarını söyləyib.

Həmçini Bunları da oxuyun