cümə axşamı 19 sentyabr 2024
Instagramın yeni funksiyası istifadəyə verilib
Instagramın yeni funksiyası istifadəyə verilib

Instagram bu yaxınlarda oğurlanmış hesabınızı geri ala biləcəyiniz funksiyanı təqdim etmişdi. İş o yerə çatıb ki, yeniliyi ilə diqqət çəkən platforma indi profilə musiqi əlavə edə biləcəyiniz yeni funksiyası ilə adından söz etdirməyə başlayıb.

Bu yaxınlarda sınaq mərhələsində olan musiqi əlavə etmə funksiyası nəhayət bütün istifadəçilər üçün istifadəyə verilib. Beləliklə, bu xüsusiyyət sayəsində istədiyiniz musiqini profilinizə yerləşdirə bilərsiniz. Həmçinin, hesabınızı ziyarət edən digər istifadəçilər bu mahnını görə və ya hətta dinləyə bilər.

Bəzi Instagram istifadəçiləri platformada olmasa da bəzi modifikasiyalar sayəsində profilə musiqi əlavə etmə xüsusiyyətindən istifadə edə bilib. Bu yeniliklə şirkət sözügedən xüsusiyyəti platformaya daxil edib və artıq heç bir modifikasiyadan istifadə etməyə ehtiyac qalmayıb.

Profilə musiqi əlavə etmək funksiyasından necə istifadə etmək olar?
Profilinizə əlavə etmək üçün musiqini cihazınızdan deyil, Instagram kitabxanasındakı mahnılar arasından seçməlisiniz. Yüz minlərlə musiqinin yer aldığı platforma demək olar ki, hər cür musiqini istifadəçilərə təqdim edir. Beləliklə, cihazınıza heç bir mahnı yükləməyinizə ehtiyac yoxdur.

Profilinizə musiqi əlavə etmək üçün bu addımları yerinə yetirin:

- Əvvəlcə Instagram tətbiqinə daxil olun.
- Aşağıdakı naviqasiya menyusunda profilinizə keçin.

- Profilinizin altındakı Profili Redaktə et düyməsini klikləyin.
- Mövcud seçimlərdən Musiqi bölməsinə daxil olun.

- Açılan səhifədə “Profiliniz üçün mahnı seçin” seçiminə klikləyin və istədiyiniz musiqini seçin. Axtardığınızı daha asan tapmaq üçün axtarış edə bilərsiniz.
- Sonra seçdiyiniz mahnının görünməsini istədiyiniz intervalı göstərin. Təəssüf ki, bütün musiqilər görünmür.
- Nəhayət, yuxarı sağdakı təsdiq simgesini vurun.

Bu addımlar sayəsində Instagram profilinizə musiqi əlavə edə bilərsiniz. Seçdiyiniz mahnı tərcümeyi-hal bölməsinin bir az altında yerləşir. Nəzərə alın ki, çalmaq ikonası sıxıldıqda musiqinin yalnız müəyyən hissəsi səsləndiriləcək.

Həmçini Bunları da oxuyun