cümə axşamı 19 sentyabr 2024
“Shusha 2023” – düşərgəsinə qeydiyyat başladı
“Shusha 2023” – düşərgəsinə qeydiyyat başladı

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Şuşa şəhərində avqustun 21-dən 27-dək ənənəvi “Shusha 2023” – skautların beynəlxalq humanitar fəaliyyət üçün hazırlıq düşərgəsi baş tutacaq.



Beynəlxalq düşərgənin əsas məqsədi şanlı zəfərimizin Şuşa təntənəsinin şahidi olmaq, gənc skautların xüsusi bacarıqlara yiyələnmələri üçün xüsusi təlimlər təşkil etmək, türk mədəniyyəti paytaxtında yerli və xarici skautların iştiraki ilə sosial layihələri həyata keçirməkdir.

Düşərgədə yalnız 18 yaşı 21 avqust 2023-cü il tarixindən əvvəl tamam olmuş Azərbaycan Skautlar Assosiasiyasının rəsmi qeydiyyatında olan üzvləri müraciət edib, beynəlxalq görüşdə iştirak edə biləcəklər.



Diqqətinizə çatdıraq ki, ilk dəfə 2022-ci ilin avqust ayının 8-14 tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Şuşa şəhərində “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi həyata keçirilib.



Ötən il Şuşada keçirlən ilk çadır qurma düşərgəsində Azərbaycan Skautlar Assosiasiyasının üzvlərilə yanaşı Türkiyə, Polşa, Ukrayna, Macaristan, Gürcüstan, MisirMoldova kimi ölkələri təmsil edən 20-dən çox skaut iştirak edib. Düşərgənin aparıldığı müddətdə iştirakçılara skaut liderlərilə yanaşı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Konflikt Jurnalistik Məktəbi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri Aselsan-Bakü şirkəti tərəfindən bir sıra təlimlər həyata keçirilib. Keçirilən hər bir təlimdə praktiki işlər aparılıb və iştirakçılara fərqlənmə diplomları verilib.



Şuşa şəhərində 2022-ci ildə Azərbaycan Skautlar Assosiasiyasının həyata keçirdiyi beynəlxalq düşərgə artıq bir ənənə halın alıb və bu görüşün növbəti illərdə də davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

Həmçini Bunları da oxuyun