cümə axşamı 19 sentyabr 2024
"Google" axtarış nəticələrini zəbt edən zərərli saytları bloklayır
"Google" axtarış nəticələrini zəbt edən zərərli saytları bloklayır

ABŞ-ın texnologiya nəhəngi Google spamla mübarizəyə yönəlmiş alqoritm yeniləməsini təqdim edib.

Keçən il oxşar spam yeniləməsini yayımlayan "Google" saxta nəticələrlə mübarizə aparmaqda çətinlik çəkir. Dünyanın ən çox istifadə edilən axtarış sistemində sorğular edən istifadəçilər bir müddətdir ki, .pl, .nl, .it, .ch, .cz uzantılı internet saytları ilə qarşılaşırdılar.

NTV-də yayımlanan xəbərə görə, fişinq fırıldaqlarını mənimsəyən bu saytlar istifadəçiləri öz platformalarına cəlb edərək maddi ziyana salırdılar. "Google" bu mövzuda özünü daim təkmilləşdirsə də, fırıldaqçılar yeni üsullar tapmaqda da ixtisaslaşırlar. Habelə bəzi vebsaytların bu yeniləmə ilə trafik itirəcəyi düşünülür. Bildirilir ki, yeniləmədən sonra trafikin normal vəziyyətə düşməsi bir neçə ay çəkə bilər.

Həmçini Bunları da oxuyun