cümə axşamı 19 sentyabr 2024
Telegram istifadəçi adınızı kriptovalyuta ilə ala və ya sata biləcəksiniz
Telegram istifadəçi adınızı kriptovalyuta ilə ala və ya sata biləcəksiniz

Telegram istifadəçilərin hər zaman istədikləri istifadəçi adını ala biləcəyi yeni sistemini elan edib.

"WhatsApp"ın ən böyük rəqibi olan "Telegram", "WhatsApp" müqaviləsini dəyişdikdən sonra milyonlarla insanın döydüyü ilk qapı oldu. Milyonlarla istifadəçi qazanan "Telegram", bir çox funksiyalar əlavə etdi və nəhayət Premium seçimi ilə istifadəçilərə daha çox qrup və stiker təklif etdi. Ötən günlərdə "Telegram"ın rəsmi kanalında edilən açıqlamada istifadəçilərin tezliklə kripto pullarla öz istifadəçi adlarını ala biləcəkləri bildirilib.

"Telegram"ın yeni sistemi sayəsində istifadəçilər həmişə istədikləri istifadəçi adına sahib ola biləcəklər. "Telegram"ın TON blokçeynində yaradılacaq bazar sayəsində istifadəçilər başqaları tərəfindən edilən təkliflər əsasında öz istifadəçi adlarını sata biləcəklər.

Məsələn, deyək ki, biz TreeTech olaraq @treetechaz adlı telegram kanalımızı TON şəbəkə bazarında satışa çıxarsaq. Bu istifadəçi adını hərrac üsulu ilə təklif etmək istəyən istifadəçilər və ən yüksək təklifi verən istifadəçi @treetechaz adının sahibi olacaq. Təbii ki, bu istifadəçi adını almaq üçün ilk sahibi onu satışa çıxarmalı və istifadəçilər ən yüksək təklifi vermək üçün “mübarizə aparmalıdırlar”.

"Telegram"ın təsisçisi Pavel Durlov açıqlamasında @club, @bank@game kimi 4 hərfli və ümumi istifadəçi adlarının da Telegram tərəfindən satılacağını bildirib. TON blokçeynində satılacaq istifadəçi adlarını almaq üçün sizdə TONcoin olmalıdır. Bu açıqlamadan əvvəl 1 TONcoin 2 manat civarında idisə, açıqlamadan dərhal sonra TONcoin qiyməti 2,35 manata yüksəldi.

Bəzi kriptovalyuta analitikləri bildiriblər ki, "Telegram"ın bu yeni xüsusiyyəti sayəsində TONcoin yaxın gələcəkdə daha yüksək rəqəmlər görə bilər. Əgər əldə etmək istədiyiniz istifadəçi adınız varsa, əvvəlcədən hazırlanmağınız faydalıdır. Ancaq təbii ki, bunun investisiya məsləhəti olmadığını unutmayın.

Həmçini Bunları da oxuyun