cümə axşamı 19 sentyabr 2024
Təbiilik ön planda olacaq: Instagram-dan BeReal-a bənzər xüsusiyyət
Təbiilik ön planda olacaq: Instagram-dan BeReal-a bənzər xüsusiyyət

Ön və arxa kameradan fotoşəkil çəkərək anlıq vəziyyəti paylaşma imkanı verən BeReal, 2022 ilin ən yaxşı proqramları arasında yerini aldı. Instagram isə BeReal bənzəri Candid Stories xüsusiyyətini istifadəçilərinə təqdim edib.

Qısa müddətdə yüksələn BeReal, Metanın radarına düşüb. İstifadəçilərin daha səmimi məzmun istehsal etmələrini təmin etmək məqsədi ilə Meta həm Facebook, həm də Instagram-da Candid Stories xüsusiyyətini işə salıb. Standart hekayələrdən fərqli bir bölmədə göründüyü bildirilən Candid Stories 24 saatın sonunda avtomatik olaraq silinəcək.

Proqramın yeni yeniləməsi Candid Stories ilə məhdudlaşmır. Şirkət istifadəçiləri Add Yours ve Collaborative Collections yeniləməsi ilə bır sıra əməkdaşlıqlara təşviq yaradacaq. Add Yours funksiyası ilə şəkil əlavə etdiyiniz zaman siz dostlarınıza şəkliniz paylaşa bilməsini istədiyinizi deyə biləcəksiniz. Collaborative Collections ilə istifadəçilər ümumi maraqlara əsaslanan yazılar toplusunu dostları və ya qrupları ilə paylaşa biləcəklər.

Meta, Instagram və Facebook-da yeni funksiyaları sınaqdan keçirdiyini və istifadəçilər iştirak etmək istəmədikləri təqdirdə imtina edə biləcəklərini açıqlayıb. Instagram Facebook-un Qruplar xüsusiyyətinə öz şərhini əlavə edəcək və istifadəçilərə təqdim edəcək. Qrup Profilləri iştirakçılara yazılara, hekayələrə və s. töhfə verməyə imkan verəcək.

Həmçini Bunları da oxuyun