cümə axşamı 19 sentyabr 2024
Elon Musk-ın böyük layihəsi alınmadı!
Elon Musk-ın böyük layihəsi alınmadı!

Elon Musk tərəfindən qurulan The Boring Company hər zaman fərqli layihələri ilə seçilir. Bu işlərin ən böyüyü Hyperloop layihəsidir. Nəqliyyat vasitələrinin tunel vasitəsilə sürətlə irəliləməsindən bəhs edən layihə, təəssüf ki, gözlənildiyi kimi inkişaf etmir.

Hyperloop layihəsi çərçivəsində Boring Company ilkin olaraq Las-Veqasda 4,3 kilometrlik yeraltı tunel inşa edib. Hələ tam aktiv olmayan tunellərdən hazırda nəqliyyatın hərəkətindən yayınmaq üçün yalnız alternativ marşrut kimi istifadə olunur.

Layihə çərçivəsində Kaliforniyada da tunel inşa edən şirkət böyük problemlə üzləşib. Kaliforniyada prototip olaraq inşa edilən Hyperloop tuneli sökülüb. Tunelin bir hissəsi indi SpaceX əməkdaşları üçün dayanacaq kimi xidmət edəcək.

Təxminən bir mil uzunluğunda olan prototip tunel Los-Ancelesdən bir qədər kənarda Hawthorne Bələdiyyə Hava Limanı yaxınlığında yerləşirdi. Artıq tuneldən əsər-əlamət qalmasa da, yerli şəhər şurası bu ərazinin SpaceX işçiləri üçün dayanacaq kimi xidmət edəcəyini təsdiqləyib.

Bu inkişafla Hyperloop tunelləri üçün işlərin yaxşı getmədiyi ifadə edilir. Elon Mask hələ Kaliforniyadakı bu mənfi hadisə ilə bağlı açıqlama verməyib. Təqdim edildiyi gündən bəri çoxlu mübahisələrə səbəb olan Hyperloop layihəsinin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Digər tərəfdən, Boring Company yay aylarında Las-Veqasda tunellərinin genişləndirilməsi üçün lazımi icazələri almışdı. Hazırda Las-Veqasda 4,3 kilometr uzunluğunda olan tunel layihəsinin bitdikdən sonra 54,7 kilometrə çatması planlaşdırılır.

Elon Muskın Hyperloop layihəsinin gələcəyi hələ aydın deyil, lakin bəzi ekspertlər bildirirlər ki, Boring Company bununla bütün diqqətini Las Veqasa yönəldə bilər.

Həmçini Bunları da oxuyun