cümə axşamı 19 sentyabr 2024
Tesla üçüncü rübdə gəlirini 100 faiz artırıb
Tesla üçüncü rübdə gəlirini 100 faiz artırıb

Son zamanlar Çində istehsalını artıran Tesla bir çox problemlərlə mübarizə aparır. Qlobal çip çatışmazlığı səbəbindən istehsalda problemlər yaşayan şirkət hələ də satışlarını artırmağa davam edir.

İlin üçüncü rüb hesabatlarına görə, Tesla cəmi 365 min 932 avtomobil istehsal edib və 343 min 830 ədəd satıb. Firmanın bu rüb üçün ümumi gəliri 56 faiz artaraq 21,45 milyard dollar olub. Şirkətin avtomobil gəlirləri 55 faiz artaraq 18,69 milyard dollara çatıb, enerji bölməsi də 1,12 milyard dollar əldə edib. İlin üçüncü rübündə Tesla xalis gəlirini 100 faiz artıraraq 3,33 milyard dollara çatdırıb.

Digər tərəfdən şirkət bütün vasitələrin müddətin sonuna qədər təhvil veriləcəyini bildirib. İki il ərzində hər rüb daha çox satmağı bacaran Tesla xüsusilə Texas, Şanxay və Berlin fabriklərində istehsalı sürətləndirib.

Həmçini Bunları da oxuyun