cümə axşamı 19 sentyabr 2024
Instagram AR reklam modellini təqdim edib
Instagram AR reklam modellini təqdim edib

"Meta"nın məşhur sosial media kanalı olan "Instagram", reklam üçün barı yüksəldən artırılmış reallıq dövrünü başladır.

Bildiyiniz kimi, Instagram tamamilə pulsuzdur və özünü reklamlarla dəstəkləyir. Bu reklamlar indi daha çox kütləyə rahat seçimi hədəfləyir. Çünki tətbiqdə uzun müddətdir sınaqdan keçirilən artırılmış reallıq (AR) əsaslı reklam dövrü başlayıb. Bu yolla insanlar bəzi markaların eynəklərini və ya dodaq boyalarını almadan əvvəl artırılmış reallıq texnologiyası ilə sınaqdan keçirə bilərlər. Hələlik iPhone-da işləyən kimi görünən xüsusiyyət, ön kameradan istifadə edərək üzünüzü aşkar edir və almaq istədiyiniz obyekti üzünüzdə canlı olaraq görməyə imkan verir. İnsanların bu sınaq prosesini "Hekayə" olaraq paylaşmasını da mümkün edən şirkət, AR infrastrukturunun alış-verişin gələcəyində olduğunu yaxşı bilir və üzərində işləməyə davam edir. Xüsusiyyətin yeni brend sövdələşmələri ilə böyüyəcəyi deyilir, lakin bu, dərhal gözlənilmir. Prosesin getdikcə genişlənəcəyi düşünülür.

Diqqətinizə çatdıraq ki, hazırda proses sınaq mərhələsindədir və "Meta" AR reklamlarını sınaqdan keçirdiyini açıqlayıb.

Həmçini Bunları da oxuyun