cümə axşamı 19 sentyabr 2024
Netflix-ə ödəniş etmək istəməyənlər bura!
Netflix-ə ödəniş etmək istəməyənlər bura!

Ölkəmizdə və dünyada böyük dəyişiklik baş verir. Bunun səbəbi internetin həyatımızda yeni bir qapı açmasıdır. Təkcə filmlər və seriallar deyil, futbol və basketbol matçları da daxil olmaqla bir çox şey rəqəmsal platformalara köçürülüb.

Rəqəmsal yayım platforması dedikdə ağıla ilk olaraq dünya səviyyəsində 200 milyondan çox abunəçisi olan Netflix gəlir. Amma bu şirkət rəqabətsiz deyil. O qədər ki, yeni buraxılışlarla yanaşı, 150 milyon abunəçiyə çatan Amazon Prime Video və rekord artımla abunəçi sayını 90 milyondan 130 milyona yüksəldən Disney+ kimi bir neçə çətin rəqibləri var.

Ancaq hər kəs rəqəmsal platformalarına pul vermək istəmir. Çünki yenisini almaq üçün büdcəsi olmaya bilər. Ona görə də pulsuz alternativlərin olduğunu bilmək sevindirici olacaq.

NetflixDisney+ kimi məşhur platformalara alternativ ola biləcək, lakin daha da əhəmiyyətlisi qanuni olan bəzi saytları və platformaları bir araya gətirdik. Quruluşuna görə tam ekvivalent olmasa da, məzmunun çox olduğunu deyə bilərik.

Bu da "Netflix"ə alternativ olan pulsuz saytları və platformaları:

  • Crackle
  • TubiTV
  • Popcornflix
  • Vudu
  • Pluto TV
  • Peacock
  • Kanopy
  • Hoopla
  • IMDb TV
  • Internet Archive
  • The Roku Channel
  • Yidio
  • SnagFilms
  • Puhu TV
  • FOXPlay
  • Vimeo
  • Xumo
  • FilmRise
  • Spread The Word
  • Documentary Storm
  • Bonus: YouTube-da minlərlə yerli və xarici film var

Qeyd: Yuxarıdakı platformalardan bəzilərinə daxil olmaq üç ün cihazınızda regionu dəyişməli ola bilərsiniz. Bundan əlavə, bəziləri pulsuz istehsallara baxmaq üçün proqramın yüklənməsini istəyir.

Həmçini Bunları da oxuyun