cümə axşamı 19 sentyabr 2024
Starlink-dən daha bir böyük uğur
Starlink-dən daha bir böyük uğur

Məlum olduğu kimi, Elon Muskın baş direktoru olduğu SpaceX, ev və iş yerləri ilə yanaşı, hərəkətdə olan nəqliyyat vasitələri, təyyarə və gəmilərə də mobil internet xidməti təklif edir. İstifadə sahələrini günü-gündən artıran Starlink daha bir mühüm mərhələni geridə qoyub.

SpaceX, Twitter-dəki paylaşımında Starlink peyk internet xidmətinin abunəçi sayının 1 milyonu keçdiyini açıqlayıb. Bu uğura görə bütün abunəçilərinə və əməkdaşlarına təşəkkür edən şirkət gələcəkdə istifadəçilərinin sayını daha da artırmağı hədəfləyir.

 

Starlink now has more than 1,000,000 active subscribers – thank you to all customers and members of the Starlink team who contributed to this milestone ❤️💫🌎 https://t.co/5suNxFvtEH pic.twitter.com/E1ojYarcEA

— SpaceX (@SpaceX) December 19, 2022

Bütün dünyaya internet təqdim etmək məqsədi ilə yola çıxan Starlink, təxminən 2 il ərzində çox əhəmiyyətli sayda istifadəçiyə çatmağı bacarıb. Orbitdə 775 peyki olan şirkət yaxın gələcəkdə bu rəqəmi xeyli artıracaq. Starlink 7500 yeni peyk üçün ABŞ Federal Rabitə Komissiyasından icazə alıb.

Kosmosa göndəriləcək 7 min 500 peyklə əhatə dairəsini əhəmiyyətli dərəcədə artıracaq Starlink, orbitə çıxaracağı peyklərlə indidən müzakirə olunur. 30 aprel 2022-ci ildə paylaşılan hesabata görə, Yer orbitində 5465 aktiv peyk var. Starlink-in yeni peykləri ilə bu rəqəm iki dəfədən çox artacaq.

Missiyasını başa vuraraq fəaliyyətsiz hala gələn digər peykləri də nəzərə alsaq, dünyanın böyük təhlükə altında ola biləcəyi də bildirilir. Alimlər bildirirlər ki, peyklər arasında baş verən qəza çox pis nəticələr verə bilər.

Həmçini Bunları da oxuyun